Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

Keçmiş partizan prezidentliyin bir addımlığında


Dilma Rousseff
Dilma Rousseff
Braziliyada bir vaxtlar Qərbin dəstəklədiyi hərbi diktaturaya qarşı partizan mübarizəsi aparmış 63 yaşlı Dilma Rousseff gələn həftə Braziliyanın prezidenti seçilməklə dünyanın ən qüdrətli qadınına çevrilə bilər.

O prezident seçildiyi təqdirdə, tutduğu postuna görə, Almaniyanın kansleri Angela Merkeli və ABŞ-ın dövlət katibi Hillari Klintonu geridə qoymuş olacaq.

200 milyon əhalisi olan Braziliya yeni kəşf olunmuş neft ehtiyatları sayəsində sürətlə inkişaf edir. Bu ölkənin inkişaf tempi yalnız Çinlə müqayisə oluna bilər. Avropa və ABŞ belə inkişaf tempinə yalnız həsəd apara bilər. Gələn bazar günü keçiriləcək prezident seçkisində Dilma Rousseff böyük ehtimalla qalib gələcək.

Milyonların rəğbət bəslədiyi bu qadının hakimiyyətə gəlməsi ilə Braziliyada “milli təhlükəsizlik dövləti” anlayışı süqut edəcək.

“Milli təhlükəsizlik dövləti”ndə böyük əksəriyyət kasıbdır, yalnız Qərbə meylli bir qrup adam mövcud status kvodan faydalanırdı.

SEÇİCİLƏRİN 50 FAİZDƏN ÇOXU DİLMA ROUSSEFFİ PREZİDENT GÖRMƏK İSTƏYİR


Rəy sorğularına görə, seçicilərin 50 faizdən çoxu Dilma Rousseffi prezident görmək istəyir. Onun ən yaxın rəqibi, mərkəzçi Xose Serraya isə 30 faizdən də az seçici rəğbət bəsləyir.

Uruqvayın prezidenti Mujica Jose kimi Dilma Rousseff də keçmişdə generallara qarşı mübarizə aparıb. O partizan və siyasi məhbus olub. 14 yaşında atasını itirəndən sonra bacı-qardaşları ilə ailəsinə kömək edib. 16 yaşında Braziliya Kommunist Partiyasından kənarda olan qrupa qoşulub.

1964-cü ildə Braziliyada generallar hakimiyyəti ələ keçirəndən sonra milli təhlükəsizlik dövləti elan ediblər. Dilma Rousseff gizli radikal qruplaşmaya qoşuşub. Bu qruplaşma qeyri-legitim hərbi rejimə qarşı silahlı mübarizə aparıb.

Daha sonra dostları ilə bilikdə Silahlı İnqilabi Dəstə yaradıblar. 60-70-ci illərdə bu təşkilatın üzvləri məqsədlərinə çatmaq üçün xarici diplomatları oğurlayıb dəyişirmişlər. Məsələn, ABŞ səfirini onlarla siyasi məhbusa, Almaniya səfirini 40 partizana, İsveçrə nümayəndəsini 70 partizana dəyişiblər.

MƏXFİ POLİS ONA İŞGƏNCƏ VERRİB

Dilma Rousseff özü silahdan istifadə etmədiyini bildirsə də, məxfi polis onu yaxalayıb və həbsxanada işgəncə verib. O çevriliş cəhdində ittiham olunub, 3 ildən sonra azad olunub.

1973-cü ildə həbsxanadan çıxandan sonra isə yenidən universitetdə təhsil almağa başlayıb. 1986-cı ildə Porto Alegre ştatının maliyyə naziri olub. Siyasi karyerası da elə bu dövrdən parlamağa başlayıb.

O nazir işlədiyi dövrdə 1000 km elektrik xətləri çəkilib, yeni su anbarları, su elektrik stansiyaları tikilib, “imkan olduqca işığı söndürək” qənaət kampaniyasına başlayıb. 2000-ci ildə indiki prezident Lulanın partiyasına qoşulub. 2003-cü ildə Lula hökumətində enerji naziri, sonra da baş nazir olub.

Dilma Rousseffin inaqurasiya mərasiminə Uruqvay prezidenti Mujicanın dəvət olunacağı gözlənilir. Bundan başqa, Qərb mətbuatında amansız qarayaxma kampaniyasına məruz qalmış Boliviya prezidenti Evo Morales, Venesuela prezidenti Hugo Chavez və Paraqvay prezidenti Fernando Lugo da tədbirdə iştirak edəcək. Dilma Rousseffin prezident seçilməsi isə bir növ siyasi ləyaqətin və feminizmin təntənəsi olacaq.

/“Independent”dən tərcümə etdi: Kəbiran Dilavərli/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG