Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Faiq Ağayevi bıçaqlanyanlar hələ tutulmayıb


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Faiq Ağayev sentyabrın 27-si səhər saatlarında Nəsimi rayonu ərazisində şəxsi avtomobili ilə gedərkən həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb.

Nəticədə “2107” markalı avtomobildə olan üç nəfər Faiq Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetiriblər. Həmin şəxslər tez də hadisə yerindən uzaqlaşıblar.

İstintaq-əməliyyat qrupu həmin şəxslərin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Klinik Tibbi Mərkəzdən baş həkimin müavini Adil Salahovun AzadlıqRadiosuna verdiyi məlumata görə, F.Ağayev sentyabrın 27-i səhər saatlarında xəstəxanaya gətirilib, onun üzərində əməliyyat keçirilib. Adil Salahov ona vurulan bıçaq yaralarından yalnız birinin təhlükəli olduğunu, amma hazırda xalq artistinin səhhətinin normallaşdığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG