Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:38

Əli Kərimlinin rəqibi Hafiz Hacıyev olacaq


Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev 31 saylı Suraxanı ikinci Seçki Dairəsində AXCP sədri Əli Kərimli ilə rəqib olacaq.

Müasir Müsavat partiyasının sədri YAP namizədinin bu dairədən namizədliyini geri götürməsini müsbət qarşıladığını deyir.

Hafiz Hacıyev bundan əvvəlki parlament və prezident seçkiləri ərəfəsindəki televiziya çıxışlarında AXCP sədrinin ünvanına təhqiramiz ifadələr işlədib.

Bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi olan Əhməd Vəliyev isə namizədliyini geri götürüb və öz namizədliyini 107 saylı Qazax Seçki Dairəsindən irəli sürüb.

YAP-ın digər namizədi Gülər Əhmədovanın da 15 saylı Yasamal birinci Seçki Dairəsindən namizədliyini geri götürdüyü bildirilir.

15 saylı Yasamal birinci Dairə Seçki Komissiyasının sədri Sərdar Süleymanov AzadlıqRadiosuna hələki adı çəkilən şəxsin öz sənədlərini geri götürmədiyini bildirib. Bu dairədən Müsavat başqanı İsa Qəmbər Namizədliyini irəli sürüb.

XS
SM
MD
LG