Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

İ.Əliyev Özbəkistanda iki gün rəsmi səfərdə olacaq


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-28-də Özbəkistanda rəsmi səfərdə olacaq.

Özbəkistan prezidenti mətbuat xidmətinin məlumatına görə, İlham Əliyevin ikigünlük səfəri zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, aktual regional və beynəlxalq problemlər, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Danışıqların yekunlarına əsasən, iki dövlət arasında müxtəlif sahələrdə, o cümlədən siyasi məsləhətləşmələr, informasiya mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığa yönələn sənədlərin imzalanması planlaşdırılır.

Bundan başqa 2015-ci ilə qədər olan dövrdə ticari-iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG