Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

Eynulla Fətullayevin məhkəməsi sentyabrın 29-na təyin edilib


Eynulla Fətullayevin məhkəməsi
Eynulla Fətullayevin məhkəməsi
Jurnalist Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti ilə bağlı növbəti proses sentyabrın 29-na təyin edilib.

Narkotika ittihamı ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verən «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ona bəraət verilməsini və dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edir.

Bundan əvvəlki - ötən həftənin cümə gününə təyin edilən proses vəkillərin iştirak etməməsi səbəbindən baş tutmamışdı və qeyri-müəyyən vaxta təxirə salınmışdı.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG