Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Lift düymələri ictimai tualet oturacaqlarından 35 dəfə çox çirklidir


Tualet oturacağının müvafiq sahəsində bakteriyaların sayı 8-ə çatır

Tualet oturacağının müvafiq sahəsində bakteriyaların sayı 8-ə çatır

“Daily Mail”in verdiyi məlumata görə, Amerika alimləri müəyyən ediblər ki, lift düymələrində, ictimai tualetlərin oturacaqlarından 35 dəfə çox bakteriya mövcuddur.

Arizona Universitetinin tədqiqatçıları hotel, restoran, bank, ofis və aeroportlarda olan liftlərdəki düymələrin üzərinin bakterioloji analizini keçiriblər. Məlum olub ki, düymənin 1 kv/sm-də orta hesabla 313 koloniya yaradıcı bakteriya yaşayır.

Orta statistik tualet oturacağının müvafiq sahəsində isə bu bakteriyaların sayı 8-ə çatır.

Analiz vaxtı o da məlum olub ki, düymələrdə olan mikrobların arasında əsasən bağırsaq qrupuna aid olan xəstəlik yaradan bakteriyalar da var.

Tədqiqatçı Nicholas Moonun sözlərinə görə, çox adam olan binaların liftlərində hər saat onlarla adam düymələrə toxunur və bunun hesabına da müxtəlif mikroorqanizmlərin mübadiləsi baş verir.

Hətta düymələrin təmizləndiyi halda belə, mikrob artımı potensialı çox yüksəkdir.

MOBİL TELEFONLAR TUALETLƏRİN SU DÜYMƏLƏRİNDƏN 18 DƏFƏ ÇOX ÇİRKLİDİRLƏR

Mobil telefonların üzərində olan bakteriyalar isə, ictimai tualetlərin su düyməsinin üzərində olan bakteriyalardan 18 dəfə çoxdur.

Ekspert Ceri Stanaway 30 təsadüfi seçilmiş telefonlardan götürülmüş yaxma ilə ictimai tualetlərin su düyməsindən götürülmüş yaxmanı müqayisə edib.

Nəticədə məlum olub ki, telefonların üzərində olan mikroorqanizmların sayı 25 dəfə gigiyenik normanı aşır və eyni zamanda ictimai tualetlərin su düyməsinin üzərində olan bakteriyalardan 18 dəfə çoxdur.

Söhbət bakteriyaların ümumi sayından gedir. Qeyd olunur ki, onların hamısı insan orqanizmi üçün zərərli deyil, lakin bu mikroorqanizmlərin arasında bağırsaq çöpləri və irin yaradıcı infeksiyalara da rast gəlmək olur.

Tədqiqatçıların hesablamalarına görə, Britaniyada istifadə olunan 63 mln. telefondan 14,7 mln-u istifadəçilər üçün potensial təhlükə mənbəyidir.

Alınmış nəticələrə əsaslanaraq Stanaway mobil telefon sahiblərinə məsləhət görüb ki, gigiyenaya xüsusi diqqət yetirsinlər və telefonları kənar şəxslərə verməsinlər, məsələn, şəkillərə və ya videolara baxmaq üçün.

/Tərcümə etdi: Cavanşir Ağamalıyev/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG