Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:04

Qaregin Azərbaycan əsgərinin meyitinin qaytarılmasını xahiş edib


Bütün Ermənilərin Katolikosu II Qaregin Ermənistan prezidentindən Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimovun cəsədinin qaytarılmasını xahiş edib.

APA-nın Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, bunu Eçmiədzin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan bildirib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirill vasitəsilə II Qareginə müraciət edərək, bu işdə yardımçı olmağı xahiş edib.

II Garegin məsələylə bağlı prezident Serj Sarkisyanla görüşüb.
Amma prezidentin Qareginə nə cavab verdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan ordusunun giziri Mübariz İbrahimov bu il iyunun 18-də Tərtər istiqamətində erməni birləşmələrinin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.

Azərbaycan prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Milli Qəhrəmanı adı verilib.
XS
SM
MD
LG