Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

Sabah İlham Əliyev Özbəkistana səfər edəcək


Azərbaycan prezidenti İlham Əliyev 27-28 sentyabr tarixlərində Özbəkistana rəsmi səfər edəcək. ANS PRESS-in “Uzbekistan Daily” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə baş tutacaq.

Səfər zamanı Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq.

Danışıqların yekunu üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Prezident səfər zamanı həmçinin Daşkənddə inşa edilən Azərbaycan Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Azərbaycanın dövlət başçısı İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında səfər edib.
XS
SM
MD
LG