Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:38
1936-cı ildə Azərbaycan SSR üzrə böyük atlı yürüşü keçirilmişdir. Atlı yürüşü 4 noyabrda başa çatmışdır. Bununla bağlı “Kommunist” qəzetinin 5 noyabr 1936-cı il sayında məqalə yer alır.

İGİD ATLILARA SALAM


“Cürət, qəhrəmanlıq, rəşadət böyük kommunist partiyasının və ulu Stalinin tərbiyə etdiyi sovet xalqının ayrılmaz sifətləridir. Dünən neft paytaxtında gözəl bir igidlik daha – respublika atlı yürüşü başa çatdırılmışdır. Azərbaycanın 22 rayonundan 200-dən artıq ən yaxşı, ən qabaqcıl və mərd kolxozçu və kolxozçu qadını - 200-dən artıq türk, erməni, rus, alman və ləzgi dörd kalonna ilə Bakıya, böyük proletar bayramında iştirak etmək və proletariata qələbə raportu verməyə gəlmişdir.

Bu atlı yürüşdə 50-dən artıq kolxozçu qadın və xüsusən türk qadınının iştirakı olduqca böyük bir hadisədir. İndi türk qadını – Voroşilov atıcısı, türk qadını - təyyarəçi, türk qadını – təsərrüfat və qultur cəbhəsinin qabaqcılıdır. Bunların hamısı türk qadınının keçmiş əzablı və işgəncəli həyatı üzərində ağır bir məzar daşıdır. Lakin indi türk qadınının mənfur keçmişindən əsər belə qalmamışdır. Türk qadını dəxi sosializm ölkəsinin bütün qadınları kimi kişilərlə bərabər şən, fərəhli yaşayış hüququ almışdır. Bəşəriyyətin ən böyük dokumenti – Stalin konstitusiyası proyektinin 122-ci maddəsində bu hüquq bir qanun kimi göstərilmişdir:

“SSRİ-də bütün təsərrüfat, dövlət, qultur və ictimai – siyasi yaşayış sahələrində qadına kişi ilə bərabət hüquq verilir.

STALİNİN YETİŞDİRDİYİ ADAMLAR HƏQİQİ QƏHRƏMANDIRLAR

Sovet qadınları hər yerdə kolxoz tarlalarında, traktor başında, zavod və fabrika dəzgahları önündə, elmi laboratoriyalarda və aeroplanlarda xoşbəxt yaşayış qurucularının qabaqcıllarından olmaq şərəfini heç bir kəsə verməyir.

Ən kiçiyi 14 və ən qocası 60 yaşında olan şanlı atlılar yüz kilometrlərlə yol gələrək bəzi uçastoqlarda atları qovmuş, çapışmış, yarışmış, intizam, mətanət və mərdlik nümunələri göstərmişlərdir.

Bu yürüşdə türklər, ermənilər, ruslar, almanlar və sairəni birləşdirən sarsılmaz qardaşlıq, çiçək kimi açılan vətənimizin bütün xalqlarının əlbirlik və məhəbbəti bir daha gözəl nümayiş etdirilmişdir.

Bizim dövrümüz qəhrəmanlıq dövrüdür. Stalinin yetişdirdiyi adamlar həqiqi qəhrəmandırlar. Bütün sovetlər ölkəsi öz musqullarını bərkidir. O, gələcək mübarizə və qələbələr üçün öz monolit iradə və qüvvəsini, şanlı sosialist vətənimizə “öz donuz burnunu soxmaq istəyən” azğın düşmənlərə qarşı amansız mübariz olmaq və düşmənə ölüm zərbəsi vurmaq qətiyyətini artırır.

Qüdrətli vətənimizin səadət və yüksəlişi uğrunda sarsılmaz mübarizlərə, igid oğullar və qızlara eşq olsun!”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG