Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:44

Azərbaycanda boşanma və vərəsəliklə bağlı müraciətlər çoxalıb


“Ali Məhkəməyə daxil olan müraciətlərin əksəriyyəti mülki işlərlə bağlıdır”.

Bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Ramiz Rzayaev ötən il məhkəməyə daxil olan 4 minədək müraciətdən 3 mininin mini mülki işlər, qalanlarının isə hərbi, iqtisadi və digər işlərlə bağlı oduğunu bildirib.

Məlum olub ki, son vaxtlar Ali Məhkəməyə boşanma və vərəsəliklə bağlı müraciətlərin sayı artıb.

Həmçinin ötən illə müqayisədə bu ilin 8 ayı ərzində məhkəməyə daxil olan ümumi müraciətlərin sayı 10 faiz artıb.
XS
SM
MD
LG