Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Məhkəmə Lujkov əleyhinə etiraz aksiyasını müdafiə edir


Moskva məhkəməsi müxalifətin və seksual azlıqların lujkova qarşı etiraz aksiyası keçirmək hüquqnun təmin edilməsi barədə qərar çıxarıb. Hansısa etiraz aksiyasının keçirilməsini nadir hallarda məhkəmə bu cür dəstəkləyir.

Bundan əvvəl rayon məhkəməsi yerli bələdiyyənin həmin etiraz aksiyasına icazə verməmək barədə qərarını qüvvədə saxlamışdı. Sentyabrın 24-də isə Moskva şəhər məhkəməsi rayon məhkəməsinin həmin qadağa qərarını qüvvədən salıb.

Eyni məhkəmə 2006-cı ildən bu yana azı 200 dəfə müxalifətin etiraz aksiyalarının keçirilməsinin qadağan edilməsi barədə yerli icra hakimiyyətinin qərarını qüvvədə saxlayıb.

İndi isə hətta dövlət telekanallarında son 18 ildə Moksvanın meri olmuş Yuri Lujkovu korrupsiyada ittiham edən reportajlar yayılır. Lujkovun Rusiyadan qaçması haqqında xəbərlər dolaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG