Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:25

ATƏT Özbəkistan hökumətini jurnalistlərə görə tənqid edib


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatoviç Özbəkistan hakimiyyətini müstəqil jurnalistlərə qarşı sərt məhkəmə qərarları ilə təzyiq etməkdə günahlandırıb.

Sentyabrın 25-də Özbəkistanın Xarici İşlər nazirinə göndərdiyi məktubunda Mijatoviç jurnalistlər Abdumalik Boboyev və Vladimir Berezovskinin qarayaxma ittihamı ilə məhkəməyə çəkilməsindən narahat olduğunu bildirir. Çünki bundan bir qədər əvvəl daha üç jurnalist bənzər ittihamlarla altı ildən 12 il yarıma qədər azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG