Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Pakistan ABŞ-da saxlanan alimin ona verilməsini tələb edir


ABŞ-da Pakistanlı alim zabiti öldürmək cəhdində ittiham edilərək 86 il müddətinə azadlıqdan məhrum edilib. İslamabda bu qərardan məyus olduğunu, bu yaşlı qadın alimin Pakistana qaytarılmasına çalışacağını bildirib.

Pakistanın Baş naziri həbs edilmiş Aafia Siddiquini millətin qızı adlandırıb. ABŞ-da təhsil almış 38 yaşlı nevrologiya alimi 2008-ci ildə Əfqanıstanda həbs edilib.

Sentyabrın 24-də elan olunan hökmə görə o, bir ABŞ zabitindən silahı alıb onu istintaqa çəkənləri öldürmək cəhdində ittiham edilib. Buna görə Pakistanda onun doğulduğu Kəraçi və başqa iki şəhərdə etiraz aksiyaları keçirilib. Pakistanın hüquq-müdafiə fəalları hökuməti qadının həbsinin qarşısını ala bilməməkdə ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG