Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər edilməsi məsələsinə baxılıb


Sentyabrın 24-də Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Neft Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edilməsi məsələsinə baxılıb. Məlumatı Fondun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Müşahidə Şurası Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq edilməsi üçün prezidentə təqdim olunması qərara alınıb.

Hazırda Dövlət Neft Fondunun illik büdcəsi 6, 4 milyard manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG