Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

Hicablı tələbələr dərsə niyə buraxılmır?..


Hicablı qızlar ikiqat basqı altında…

Hicablı qızlar ikiqat basqı altında…

- Ay qız, ay qız, belə keçmək olmaz. Tünzalə xanım özü bura gələcək, ona deyərsiz.

Gözətçi bu sözləri «dərsə gecikirəm» deyə mənə müsahibə verməkdən imtina eləyən hicablı qıza söylədi və onun içəri keçməsinə mane olmaq istədi. İnstitutun işçisinə oxşayan bir xanım isə gözətçiyə məsləhət verirdi:

- Onu belə içəri buraxma.

HİCABLA OLMAZ

Bakıda yerləşən Azərbaycan Müəllimlər İnstitutu bir neçə gündür ki, tələbələrin dərsdə hicabda oturmasını qadağan eləyib. Pedaqogika və filologiya fakültəsinin dördüncü kurs tələbəsi Günay Qasımova isə bu qərara görə bir həftəyə yaxındır dərsə gedə bilmədiyini söyləyir. Günay deyir ki, o, orta məktəbdən hicab geyinir və institutda da indiyə kimi hicab məsələsi qalxıb, amma dərinə işləməyib. Bu dəfə isə vəziyyət başqa cürdür, hicablı tələbələri binaya buraxmırlar, ya da təklif eləyirlər ki, hicabı soyunub dərsdən çıxanda geyinsin.

«BİR HƏFTƏYƏ YAXINDIR DƏRSLƏRDƏ İŞTİRAK EDƏ BİLMİR…»


- Qoymurlar dərsə, bizə «qayıb» yazdırırlar. «Qayıb» limiti dolanda isə tələbə avtomatik institutdan xaric olunur. Bizim hüquqlarımızı pozurlar. Hicablı qızların sayı elə çox da deyil, uzağı 30 nəfərik.

Adının çəkilməsini istəməyən psixologiya fakültəsinin birinci kurs tələbələri də yoldaşlarının belə qadağayla üzləşdiyindən dərsə gəlmədiyini söyləyirlər:

- Çalışırsan illərlə ki, instituta girəsən. Sonra da geyimə görə səni instituta buraxmırlar. İndi o qız dərsə gəlmir, «qayıb» yazırlar.

İnstitutun prorektoru Tünzalə Yusifova bizə ali məktəbə hicablı gəlməyin qadağan olunduğunu təsdiqlədi və bunu daxili nizam-intizam qaydalarıyla
“Bura nüəllimlər institutudur, təsəvvür edin, hamı hicablı gəlsə, necə olar?”
izah elədi:

«DAR CİNS YUBKALAR, ŞALVAR GEYMƏYƏ QOYMURUQ…»

- Biz burda müəllim hazırlayırıq. Bu da bizim nizam-intizam qaydasındadır ki, tələbə əsl müəllim kimi geyinməlidir. Müəllim gərək təlim-tərbiyəsiylə, geyim zövqü ilə seçilsin. Biz tələbələrə açıq-saçıq geyməyə icazə vermirik, o dar cins yubkaları, şalvarları geyməyə qoymuruq. Demişik ki, müəllim adına yaraşmayan geyimi geyməyin…

Bəs hicab təlim-tərbiyə məsələsinə xələl gətirir?

Tünzalə Yusifova deyir ki, hicablı tələbələr hansısa qrupların təsiri altında olur və tələbə yoldaşları arasında da təbliğat aparırlar ki, hamı hicabda olmalıdır.

«GETSİNLƏR İLAHIYYAT İNSTİTUTUNDA OXUSUNLAR»


- Bura nüəllimlər institutudur, təsəvvür edin, hamı hicablı gəlsə, necə olar? Məgər bura ilahiyyat institutudur? Getsinlər ilahiyyat institutunda oxusunlar. Onlar bizim başqa tələbələrə də mənfi təsir göstərirlər, dərsdə ancaq ilahiyyat məsələrindən sual verirlər, istəyirlər ki, müəllim bütün dərsi pozub yalnız bunlara ilahiyyatdan cavab versin.

Tünzalə Yusifova iddia eləyir ki, valideynlər də bundan narazıdır və onların şikayəti də belə bir qadağaya səbəb olub. “Hicabda olmayanda bu cür suallar vermək olmur ki” sualına prorektor belə cavab verdi ki, o zaman belə suallar vermirlər və hicablı tələbələrin sayı ötən illərlə müqayisədə bu il artıb.

“HİCABLI TƏLƏBƏLƏRİN SAYI ARTIB”

Müəllimlər İnstitunun hcablı tələbəsii
- Əgər ötən illər qrupda ya hicablı yox idisə, ya bir nəfəriydisə, indi sayları 3-4 olub. Bura ilahiyyat institutudur? Bir də biz istəyirik ki, onlar yüksək təhsil aldığı kimi, yüksək davranış, mədəniyyət və yüksək estetik zövqlə geyinmək bacarıqları olsun.

Hərçənd, biz institutun həyətində olduğumuz müddətdə əksər tələbələrin elə tələbə, gənc kimi geyindiyini müşahidə elədik. Klassik geyim formasında gözümüzə dəyən olmadı.

HİCABLARINI SOYUNANLAR VAR…

Tünzalə Yusifova deyir ki, hicablı tələbələrin bəziləri institutun daxili nizam-intizam qaydasına əməl edib dərsə girməzdən əvvəl hicabını soyunmağa razılaşıb. Onun sözlərinə görə, valideynlər də bununla razılaşıblar.

Hətta Tünzalə Yusifova zəng eləyib bizi bir xanımla danışdırdı. Həmin xanım telefonda bizə dedi ki, əgər institut belə qayda qoyubsa, uşağı da əməl etməlidir, buna görə məktəbdən çıxmayacaq ki? Günay Qasımova isə deyir ki, dərsdə hicabı soyunmağa razı olan tələbələrə valideynləri təzyiq göstərib:

İKİQAT TƏZYİQ…

- Bu, mənim əqidəmdir, əgər mən dərsdə başımı açacağamsa, elə cəmiyyət arasına da belə çıxaram da. Valideynlərim məni dəstəkləyirlər.

Hərdənbir göz yaşını saxlaya bilməyən Günay bütün bu söz-söhbətin onun əsəblərinə təsir etdiyini söylədi. O deyir ki, bilir ki, konstitusiya ilə onun əqidə hüququ var, amma institut rəhbərliyi ilə mübarizədə köməksiz qalıb.

İnstitutun daxilində hicabı soyunmaq tələbiylə razılaşmayan bir necə tələbə təhsil naziri Misir Mərdanova, millət vəkili Mehriban Əliyevaya, Avropa Şurasına müraciət eləyiblər. Günay deyir ki, cavab almadıqları təqdirdə ali məktəb rəhbərliyini məhkəməyə verəcəklər.

NORMATİV AKT ƏSASDIR YOXSA KONSTİTUSİYA?

Erkin Qədirli
Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmədov isə Azərbaycan Müəllimlər İnstitutunda yaranmış bu problemlə bağlı KİV-ə açıqlamasında deyib ki, heç bir universitet və orta məktəbdə hicab geyinməyə qadağa yoxdur.

Hüqüqşünas Erkin Qədirli isə hicaba sadəcə geyim kimi baxılmasını düzgün saymır. Deyir ki, hicab dini etiqadla bağlıdır.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda da dini etiqad, vicdan və ifadə azadlığı konstitusiya ilə qorunur. Bu azadlığı isə hansısa normativ aktla qadağan etmək olmaz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG