Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:43

Tacikistanda xüsusi əməliyyat nəticəsində 8 yaraqlı öldürülüb


Tacikistanda xüsusi əməliyyat nəticəsində 8 yaraqlı öldürülüb, 3 hərbçi yaralanıb.

Tacikistanın Rəşt rayonunda hökumət əleyhinə olan qüvvələrə qarşı keçirilən əməliyyat sentyabrın 22-dən başlanıb. Sentyabrın 19-da isə naməlum şəxslər hərbçilərin olduğu maşın karvanına hücum eləmişdi, 28 əsgər və zabiti qətlə yetirmişdi.

Müdafiə Nazirliyi yaraqlıların hücumuna görə, səhra komandirləri Abdulla Rahimovun və Alovudin Dövlətovun qruplarını ittiham edirlər. Həmin qrupların tərkibində Əfqanıstan, Pakistan və Çeçenistandan olan muzdlular da var.

XS
SM
MD
LG