Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

İradə Xəyal "Soraqda qaldım"
















SORAQDA QALIM


Bənzətmə sevgimi qızıl güllərə,
Dərilib əllərdə solan deyiləm.
Bir köklü ağacın şah budağıyam,
Əyilən deyiləm, sınan deyiləm.

Bənzət dağ döşündə gur şəlaləyə
Qəlbimdə çağlayan bu məhəbbəti.
Bir qəlbin döyünən səsi olmaqçün
Sədaqət andını unutma qəti.

Bənzət başı qarlı uca dağlara...
Zirvə görünərmi dumanda, çisdə?!
Əgər yolun düşsə ötən çağlara,
Hər şey möhür qoyub ürəyimizdə.

Gəl bənzət sevgimi həzin ürəyə,
Qoy dönüm şerə dodaqda qalım.
Sənli arzuları basıb bağrıma
İtim bu dünyadan, soraqda qalım.


MƏNI AXTAR!

Elə baxdın baxışından od aldım,
Pərvanətək eşq oduna qalandım,
Hicranının ağrısına calandım.
Bu atəşə sən də alış, sən də yan,
Məni axtar, məni düşün, məni an!

Elə baxdın ötən zaman dayandı,
Elə baxdın kövrək hissim oyandı,
Elə baxdın qəlb otağım talandı.
Baxışınla etdin məni pərişan,
Məni axtar, məni düşün, məni an!

Elə bax ki, axıb selə dönüm mən,
Elə bax ki, yanıb külə dönüm mən,
Elə bax ki, baxışından ölüm mən.
Bu sevdadan olmamaqçün nagüman,
Məni axtar, məni düşün, məni an!


QAYIT, GƏL

Ürəyimin hökmdarı sevgilim,
Ayrılığın yaman çətin, qayıt, gəl!
Saf eşqimin vəfadarı sevgilim,
Vüsal çəkir hicranını qayıt, gəl!
Ayrılığın yaman çətin, qayıt, gəl!

Demədim ki ayrılığa dözərəm,
Sənsiz dəli, divanətək gəzərəm,
Dərd vermisən, dərmansızam, bezaram,
Möhtacıyam məhəbbətin qayıt, gəl!
Ayrılığın yaman çətin, qayıt, gəl!

Gecə uzun, açılmayır sabahım,
Sən istəyim, sən ümidim, pənahım,
Müqəddəs and yerim, ey qibləgahım,
Cümlə cahan səltənətim, qayıt, gəl!
Ayrılığın yaman çətin qayıt, gəl!

Əllim çatmır əllərindən yapışım,
Baxışından oda düşüm, alışım.
Gəl, sevgilim, gül ətrinə qarışım,
Müşk-ənbərim, sən cənnətim, qayıt, gəl!
Ayrılığın yaman çətin qayıt, gəl!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG