Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Qarabağ münaqişəsi təhlükəsizliyə və sülhə təhdiddir


“Azərbaycanla Ermənistan arasında davam edən silahlı münaqişə bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır. Dağlıq Qarabağ münaqişəsi Azərbayacan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərindən biri məcburi köçkünə çevrilib”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışında deyib.

İlham Əliyev bildirib ki, “davam edən siyasi cəhdlərə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərdəki mövcud status-kvo pozulur, etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır”.

İlham Əliyev işğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına da toxunub. Bildirib ki, “işğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas ola bilməyib”.

Prezident deyib ki, Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar. Münaqişə ilə bağlı qətanəmələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bərpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG