Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:53

İlham Əliyevin BMT-dəki çıxışı


İlham Əliyev BMT Baş Məclisində çıxış edir

İlham Əliyev BMT Baş Məclisində çıxış edir

“Azərbaycanla Ermənistan arasında davam edən silaşlı münaqişə bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərindən biri məcburi köçkünə çevrilib”.

“ANS press”in məlumatına görə, Nyu-Yorkda olan prezident İlham Əliyev sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən belə deyib.

Ermənistanın beynəlxalq cinayətlər törədərək Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürütdüyünü vurğulayan prezident bəyan edib ki, rəsmi Yerevan münaqişəyə müvafiq həll variantı tapmaq əvəzinə hadisələrin qızışdırılmasına çalışır:

“Davam edən siyasi cəhdlərə baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərdəki mövcud status-kvo pozulur, etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır. Münaqişənin başlanmasından keçən dövr ərzində işğal olunmuş ərazilərdə məskunlaşma halları stimullaşdırılır”.

İşğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına toxunan İlham Əliyev Ermənistanın məqsədinin Azərbaycan izləri daşıyan mədəni və tarixi kökləri məhv etmək olduğunu söyləyib: “İşğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas ola bilməyib. Həmin ərazilərdə aparılan məskunlaşma, tarixi və mədəni abidələrin dağıdılması və başqa qeyri-qanuni əməllər oradan köçkün düşmüş insanların hüquqlarını pozur”.

Prezident deyib ki, uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır: “Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar.

Münaqişə ilə bağlı qətanəmələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bərpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG