Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

MSK-nın növbəti iclası keçirilib


Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Ans Press-in məlumatına görə, MSK üzvləri qarşıdan gələn parlament seçkilərində iştirak edəcək siyasi partiya və blokların bəzilərinin səlahiyyətli nümayəndələrini qeydə alıb.

Dörd partiya: Azərbaycan Sosial Demokrat, Azərbaycan Liberal Demokrat, Ana Vətən, Müasir Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Müsavat bloku, İnsan Naminə və Qarabağ bloklarının səlahiyyətli nümayəndələri təsdiq edilib.

Bundan başqa, 12 saylı Qarabağ-Binəqədi-Yasamal və 50 saylı Qobustan-Xızı-Siyəzən dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib.
XS
SM
MD
LG