Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

İranda Azərbaycan mədəniyyət günləri keçiriləcək


Sentyabrın 25-dən 30-dək İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik edəcəyi nümayəndə heyəti də iştirak edəcək.

Mədəniyyət günlərində Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları da nəzərdə tutulub.

Tehran və Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə isə muğam ifaçıları - xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir Cəfərov,

Anar Hüseynli, aşıq Nemət Qasımov, şairlər Adil Cəmil, Taleh Babayev və başqa sənətçilər çıxış edəcəklər.

Mədəniyyət günləri çərçivəsində Azərbaycanın tarixi mədəniyyəti, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi də nümayiş olunacaq. Bunlarla yanaşı, iranlı tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin “İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan muğamı”, Ziya
Şıxlinskinin “Azərbaycan musiqisi” sənədli filmlərinə də baxa biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG