Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Obama Yaxın Şərq sülh prosesi ətrafında birləşməyə çağıracaq


ABŞ prezidenti Barak Obamanın bu gün dünya liderlərini Yaxın Şərq sülh prosesi ətrafında birləşməyə çağıracağı gözlənilir.

Obama BMT-nin Baş Assambleyasında çıxışında on illərdi davam edən münaqişə ətrafında fikir ayrılıqlarını kəna qoymağa çağıracaq.

BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında qlobal maliyyə böhranı, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması və digər beynəlxalq məsələlər müzakirə olunur.

Bu günkü iclasda Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı olacaq.

Həmçinin sessiyada İran prezidenti Mahmud Əhmədinejad və digər ölkə başçılarının çıxışı gözlənilir.





XS
SM
MD
LG