Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:50

Azərbaycanla Gürcüstan sərhəd məsələsini müzakirə edirlər


Balakəndə Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın birgə iclası başlayıb.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın xarici işlər nazirinin müavini David Çalaqaniyanın başçılıq etdikləri nümayəndə heyətləri, Azərbaycanın Gürcüstanla həmsərhəd olan Qax, Balakən, Zaqatala, Ağstafa, Qazax, Samux və Tovuz rayonlarının İcra

Hakimiyyəti başçıları iştirak edirlər.

Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki, komissiya 1996-cı ildən fəaliyyət göstərir.

Gürcüstanla Azərbaycanın ümumi sərhədinin 480 kilometr olduğunu deyən nazir müavini bunun 300 kilometri ilə bağlı məsələnin həllini tapdığını, qalan 180 kilometr üzrə isə hazırda iş aparıldığını deyib.
İclas iki gün davam edəcək.
XS
SM
MD
LG