Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56
Yaxın zamanlarda Azərbaycan Diplomatiya Akademiyasının birinci mərtəbəsində yeni Kitab Mərkəzi açılıcaq.

Sahəsi 900 kvadratmetr təşkil edən obyekt, layihə müəlliflərinin dediyinə görə, ölkədə “analoqu olmayan kitab mərkəzi” olacaq.

Bu sadəcə kitab satışı mərkəzi olmayacaq.

Mərkəzdə yeni ədəbiyyat nümunələrinin təqdimatı, ədəbi müzakirələrin keçirilməsi üçün konfrans zalı, mərkəzə gələnlərin istirahəti üçün kafe, İnternet-klub, yeni kitablarla tanış olmaq istəyənlər üçün oxu zalı da yaradılacaq.

Layihə müəlliflərinin uşaqlara yönəlik ideyaları da var. Uşaqların mərkəzdə kitablarla tanış olmaları, eyni zamanda əylənə bilmələri üçün ayrıca bölmə yaradılır.

Burada işləyəcək personal həm maraqlandıqları kitabları tapmaqda uşaqlara yardımçı olacaq, həm də əyləncəli oyunlar keçirəcək.

Qaliblərin mükafatı da təbii kitab olacaq.

Yeni mərkəz dünyanın məşhur kitab brendlərini Azərbaycana gətirməyə iddialıdır. Bunun üçün ABŞ-ın, Almaniyanın, Fransanın, Böyük Britaniyanın nəşriyyatları ilə işbirliyi qurulur. Ünlü kitab brendlərinin Mərkəzdə ayrıca bölmələri olacaq.

Yeni kitab Mərkəzi Xarici İşlər Nazirliyi binasının arxa tərəfində yerləşir. Şəhər əhalisinin «Beşmərtəbə» adlandırdığı bu ərazi indi Bakının baş planına uyğun yenilənir.

Yaxın illərdə bu ərazidəki əsasən birmərtəbəli evlərdən ibarət köhnə məhəllələrin sökülməsi və yerində Qış Bağının salınması planlaşdırılır. Ərazidəki tarixi-memarlıq abidələrinin bərpasına isə artıq başlanıb.

Bir sözlə, Bakının tam mərkəzində yerləşən bu ərazinin bir neçə ildən sonra böyük istirahət məkanına çevrilməsi gündəmdədi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG