Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Azərbaycanda hərbi maşın aşıb, bir nəfər ölüb


Sentyabrın 23-də Müdafiə Nazirliyinə məxsus hərbi maşın çevrilib, bir hərbi qulluqçu həlak olub, ikisi yaralanıb. Hərbi maşın Bakının 30-35 kilometrliyində yerləşən Zeynalabdın Tağıyev qəsəbəsi ərazisində çevrilib.

Bu barədə Dövlət Yol Polisi mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib. Onun sözlərinə görə, hərbi avtomobil körpüdə dönərkən çevrilib.
Fakt üzrə araşdırma aparılır./Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG