Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Azərbaycanda ATƏT müşahidəçilərinin missiyası işə başlayır


ATƏT-in Azərbaycanda Parlament seçkilərinin müşahidəsi üzrə missiyası sentyabrın 28-də işə başlayır. Bu barədə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mətbuat xidmətindən bildirilib.

İki ekspert qrupundan ibarət missiya Bakıya sentyabrın 26-da gələcək.

Missiyaya səfir, DTİHB müşahidə missiyasının rəhbəri Odri Qlover (Audrey Glover) başçılıq edəcək. Əvvəllər o, 2008-ci ildə ABŞ-da Prezident seçkilərində ATƏT/ DTİHB müşahidə missiyasına rəhbərlik edib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. MSK-nın təqdim etdiyi siyahıya görə, Azərbaycanda daimi yaşayan seçicilərin sayı beş milyon nəfərə yaxındır.

Azərbaycana ATƏT ekspertlərinin iki uzunmüddətli qrupu gələcək və onlar seçkiqabağı monitorinq və seçki günü bilavasitə monitorinq keçirəcəklər. 16 nəfərdən ibarət qrupun biri paytaxtda, 26 nəfərdən ibarət ikinci qrup isə Azərbaycanın regionlarında yerləşdiriləcək.

Həmçinin, seçkilərdə ATƏT-dən çoxsaylı müşahidəçilər iştirak edəcəklər və onlar ölkədə yalnız seçkilər günü olacaqlar. Seçkilərdə 450 qısamüddətli müşahidəçinin iştirakı planlaşdırılır.

ATƏT missiyası işinin yekunları üzrə seçkilərdən bir gün sonra ilkin hesabat buraxacaq. Yekun hesabat seçkilərdən iki ay sonra hazırlanacaq./Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG