Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

«Bir manatdan da keçirəm, üzrdən də, etiraf istəyirəm»


Eynulla Fətullayevin daha bir məhkəməsinə start verildi

Eynulla Fətullayevin daha bir məhkəməsinə start verildi

Sentyabrın 23-də Səbail rayon Məhkəməsində jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmə açıq keçirilsə də hakim Elnur Həsənov hazırlıq iclası olduğunu əsas gətirərək jurnalistlərə audio, video və foto çəkilişləri aparmağa icazə verməyib. Amma o, növbəti məhkəmə iclaslarında belə məhdudiyyətin olmayacağını bildirib.

Bundan sonra hakim tərəflərə məsələnin barışıq yolu ilə həlli mümkünlüyünü təklif edib. Eynulla Fətullayev əvvəlcə bildirib ki, o prokurorluğun üzr istəməsini bağışlayır, amma bir manat cərimə məsələsini saxlayır.

BİR MANATDAN DA KEÇİRƏM, ÜZRDƏN DƏ, ETİRAF İSTƏYİRƏM


Hakim bildirib ki, o barışıq üçün bir addım atmalıdır və onsuz da bu məsələ iddia ərizəsində də var. Bundan sonra Eynulla Fətullayev bir manatlıq iddiadan da əl çəkdiyini bildirib və deyib ki, sadəcə Bakı Şəhər Prokurorluğu onun təqsirsizlik prezumpsiyasını pozduğunu üzr istəmədən açıq şəkildə etiraf etsin və bundan sonra öz iddiasını geri götürə bilər.

BAKI ŞƏHƏR PROKURORLUĞU: İDDİA RƏDD EDİLSİN


Amma Bakı Şhər Pokurorluğunun nümayəndsi Ramiz Rzayev bu kimi barışıq təklifi ilə razılamadığını bildirib və məhkəmədən xahiş edib ki, əsasız olduğu üçün Eynulla Fətullayevin prokurorluğa qarşı iddiası rədd edilsin.

Eynulla Fətullayev qeyd edib ki, onun təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət artıq hazırdır. Sadəcə o, bu məsələnin yerli məhkəmələrdə tanınmasına çalışır.

BİR MANATLIQ İDDİA AZƏRBAYCANDA ƏNƏNƏ ÜÇÜNDÜR



Hazırlıq iclasında Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğuna qarşı irəli sürdüyü bir manatlıq iddiasına da aydınlıq gətirib. Bu kimi ənənələrin Avropa ölkələrində geniş yayıldığını bildirən baş redaktor qeyd eləyib ki, o, Bakı Şəhər Prokurorluğuna qarşı bir manatlıq iddia irəli sürməklə həm də Azərbaycanda məmur-jurnalist çəkişməsində bir ənənənin əsasını qoymaq istəyir:

“Bir manat məsələsi simvolikdir. Mən istəyirəm ki, bundan sonra məmurlar jurnalistləri məhkəməyə verəndə onların kasıb bir təbəqə olduğunu başa düşsünlər və jurnalistlərə qarşı 100-200 min manatlıq iddialar irəli sürməsinlər”.

Növbəti proses oktyabrın 7-i saat 15:30-a təyin edilib.

“Realnıy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru hesab edir ki, ötən ilin dekabrında ona qarşı narkotika ittihamı irəli sürüləndən sonra Bakı Şəhər Prokururluğunun yaydığı məlumatda onun təqsirsizlik prezumpsiyası pozulub. O, istintaq başa çatmamış, məhkəmənin hökmü olmamış narkoman adlandırılıb.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Şərhləri göstər

XS
SM
MD
LG