Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

Separatçı Abxaziyanın vitse-prezidenti yaralanıb


Separatçı Abxaziya regionunun vitse-prezidenti yaralanıb. Rəsmilər bildirib ki, Aleksandr Ankvabın evi bu səhər atəşə tutulub və o, bir neçə qəlpə yarası alıb. Vitse-prezidentin həyatının təhlükə altında olmadığı bildirilir.

Separatçı Abxaziyanın prezidenti Sergey Baqapş hücumda məqsədin regionun sabitliyini pozmaq olduğunu deyib. Hələ ki, bu hücumu kimin təşkil etdiyi məlum deyil.

Abxaziya və Cənubi Osetiya 90-cı illərdə Gürcüstandan ayrılıb. 1998-ci ildə Rusiya hər iki separatçı regionun müstəqilliyini tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG