Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:02

Bloqqerlərin yaxınları Barak Obamaya açıq məktubla müraciət ediblər


Bloqqerlər Adnan Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin xanımı Leyla Kərimli ABŞ prezidenti Barak Obamaya açıq məktubla müraciət ediblər.

«Mətbuatdan bizə məlum olub ki, BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində sizinlə prezident İlham Əliyevin görüşü olacaq. Bununla əlaqədar sizin diqqətinizi xuliqanlıqla bağlı saxta ittiham üzrə mühakimə olunmuş bloqqerlər Emin Millinin və Adnan Hacızadənin işinə yönəltmək istəyirik. Vətəndaşlıq fəaliyyətləri və demokratik baxışları onlara çox baha başa gəlir», - müraciətdə vurğulanır.

ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq ictimaiyyət bloqqerlərin həbsini pisləyib, dəfələrlə onların azad olunmasına çağırıb.

«Biz sizi İlham Əliyevlə söhbət zamanı bu məsələni qaldırmağa, Emin və Adnanı həbsdən azad etməyə çağırmağa səsləyirik. Sizin səsiniz söz azadlığının müdafiəsinə güclü dəstək ola bilər və həlledici rol oynayar», - müraciətdə qeyd olunur.

Barak Obama və İlham Əliyevin görüşü sentyabrın 24-də Nyu Yorkda olmalıdır.

Bloqqerlər Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Onlar qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib./Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG