Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:43

ABŞ korrupsiya ilə mübarizə aparan ölkələri dəstəkləyəcək


ABŞ prezidenti Barak Obama Vaşinqtonun yoxsul ölkələrə yardım strategiyasını dəyişdiyini açıqlayıb.

Sentyabrın 22-də Nyu-Yorkda BMT-nin»Minilliyin məqsədlərinin» reallaşması proqramına həsr olunmuş sammitdə çıxış edən Obama bildirib ki, ABŞ ilk növbədə islahatlara meylli, korrupsiya ilə mübarizə aparan və insan hüquqlarına riayət edən, yaxşı idarəçilik nümayiş etdirən ölkələri dəstəkləmək niyyətindədir.

Barak Obama həmçinin vurğulayıb ki, müharibədən sülhə və avtoritarlıqdan demokratiyaya keçid edən ölkələr ABŞ-ın dəstək verdiyi ideal namizədlər olacaq.

Bununla belə ABŞ prezidenti təbii fəlakətlərlə üzləşən ölkələrə humanitar yardım göstərilməsinin də Amerika siyasətinin prioritetində qaldığını bildirib.
XS
SM
MD
LG