Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Ağ Ev Medvedevin qərarını alqışlayıb


ABŞ Rusiya prezidentinin İrana silah satışına qadağa qoymaq qərarını alqışlayıb.

Ağ Evin bəyanatında qeyd olunur ki, bu addım Birləşmiş Ştatlarla Rusiyanın «qarşılıqlı maraq və qlobal təhlükəsizlik» sahəsində necə sıx əməkdaşlıq etdiyini göstərir.

Sentyabrın 22-də Rusiya prezidenti Dmitri Medvedev İrana bir sıra hərbi texnika, o cümlədən C-300 zenit-raket kompleksinin satışına qadağa qoyub.

Qadağa BMT Təhlükəsizlik Şurasının iyun ayında İrana qarşı yeni sanksiya qoyulması ilə əlaqədardır. İran nüvə proqramı ilə bağlı dünya ictimaiyyəti ilə əməkdaşlıqdan imtina etdiyindən ona qarşı 4-cü dəfə sanksiya qoyulub.
XS
SM
MD
LG