Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:14

İsrail BMT hesabatını tənqid edib


İsrail BMT ekspertlərinin Qəzza sektorundakı insidentlə bağlı nəticələrini tənqidlə qarşılayıb.

Qurumun İnsan Hüquqları Şurasının ekspertləri belə qənaətə gəliblər ki, İsrail hərbçiləri mayın 31-də beynəlxalq humanitar normaları və insan hüquqlarını pozub. İsrail əsgərləri «qəbul edilməz dərəcədə qəddarlıq» nümayiş etdiriblər.

Həmin gün İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücumu zamanı 9 nəfər ölüb, ölənlər əsasən Türkiyə vətəndaşları olub.

İsrail isə əsgərlərin özlərini müdafiə etdiyini iddia edir.

İsrailin XİN-nin rəsmi bəyanat yayaraq, BMT ekspertlərinin hesabatının İsrailə qarşı yönəldiyini və insidenti şəxsən araşdıracaqlarını açıqlayıb.
XS
SM
MD
LG