Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

Eynulla Fətullayevin iddiasına baxılır


Sentyabrın 23-də məhbus jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı məhkəmə iddiası üzrə hazırlıq iclasına baxılır.

Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunun bu il fevralın 2-də məlumat yayaraq onu narkotik istifadəçisi olmaqda günahlandırmasına etiraz edir.

İddiaçı prokurorluğun rəsmən üzr istəməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının törətdiyi hüquqi nəticələrə görə Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

İsmayıl Xəlilov narkotik işi üzrə prosesin hakimi olub.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla "Realnı Azərbaycan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG