Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05
Bizneslə məşğul olanlar özünü Apple şirkətinin sahibi ilə müqayisə etməsə yaxşıdır. Çünki onun uğurları fonunda adamın öz imkanlarına inamı azala bilər. Bu məsləhəti Harvard Business Review portalında dərc olunan bloq yazısında innovasiya eksperti Dan Palotta verir.

O yazır: “Adamlar bəzən tam fərqli olan iki münasibəti - heyranlıqla ilə müqayisəni dəyişik salırlar. Bunlardan birincisi - faydalı, digəri isə zərərlidir”

Daha sonra Palotta izah edir: “”Niyə mən onun kimi bacarıqlı deyiləm, niyə mənim işçilərim Apple əməkdaşları kimi yaradıcı deyil?” kimi sualların ardınca adamlar özlərini olduqca uğursuz şəxsiyyət kimi hiss edirlər”.

Palotta əlavə edir ki, belə müqayisələr insanlarda depressiya yaradır, nəticədə onların öz qüvvələrinə inamı itir, işi davam etdirmək həvəsi ölür, sadəcə olaraq əlləri yanına düşür.

Uğurlu biznes adamları ilə müqayisənin belə psixoloji təhlükəsinə diqqət çəkən ekspert məsləhət görür ki, diqqəti başqalarından öz işinə yönəldib nəyin yanlış edildiyini, vəziyyəti necə dəyişmək yolları haqda fikirləşmək lazımdır.

Sizcə Dan Palotta nə qədər haqlıdır? Biznesdə həlledici amil nədir: işgüzarlıq və intellekt, yoxsa bəxt və risk? Palotta məsləhətləri Azərbaycan biznesində nə dərcədə yararlıdır? Yazın, müqayisə aparın, söz sizindir...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG