Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:20

Çinin xarici işlər nazirliyi bəyanatla çıxış edərək ABŞ rəsmilərinin Çindən Yenin kursunu dəyişmək tələblərinə etiraz edib.

ABŞ hesab edir ki, Çin hökuməti milli valyuta Yeninin kursunu süni şəkildə yuxarı saxlayır, nəticədə ABŞ-ın bu ölkə ilə ticarət balansına zərbə dəyir.

Xarici işlər nazirliyinin bəyanatında Çinə təzyiq edərək Yenin kursunu dəyişmək haqda Amerikada səslənən çağılışlar “məhdud və ağılsız” adlandırılır.

“Çinlə ABŞ arasındakı ticarət balansının əsasında valyuta kursu yox, qloballaşma durur” – deyə bəyanatda bildirirlir, Amerikaya məsləhət görüıülür ki, diqqəti özünün daxili maliyə bazarına yönəldərək dolların kursunun sabitləşməsinə nail olsun.

Son 10 gündə Çin Yeninin kursu durmadan artaraq 6,70 dollar həddinə çatıb. Bu, 2005-ci ildən bəri, ABŞ-ın təzyiqindən sonra Çinin həyata keçirdiyi pul islahatından sonra ən yüksək həddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG