Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40
Sey­re­di­lə­cək bir şey və din­lə­nə­cək bir he­ka­yə yox­sa, hə­yat çox za­man bir sı­xın­tı­dır.

Uşaq­lı­ğım­da bu sı­xın­tı­ya qar­şı ya ra­dio din­lə­yir, ya da pən­cə­rə­dən eşi­yə, kü­çə­yə, gə­lib-ge­dən­lə­rə, qar­şı bi­na­nın mən­zil­lə­ri­nin içi­nə ba­xır­dım.

O za­man­lar, yə­ni 1958-ci il­lər­də, Tür­ki­yə­də te­le­vi­zor hə­lə yox­du. Am­ma bu­na "yox" da de­yil­məz, İs­tan­bul ki­no sa­lon­la­rın­da 3-5 il keç­dik­dən son­ra nü­ma­yiş et­di­ri­lən Hol­li­vu­dun əf­sa­nə­vi film­lə­rin­dən da­nı­şan­da ol­du­ğu ki­mi, nik­bin­lik­lə "hə­lə gəl­mə­di" de­yi­lir­di.

Pən­cə­rə­dən bax­maq elə bir vər­diş­di ki, te­le­vi­zor Tür­ki­yə­də ya­yı­lan­dan son­ra ona da pən­cə­rə­dən eşi­yə bax­dıq­la­rı nə­zər­lə ba­xır­dı­lar.

Atam, əmim, nə­nəm pən­cə­rə­dən eşi­yə ba­xıb gör­dük­lə­ri­ni bir-bi­ri­nə da­nış­dıq­la­rı ki­mi, te­le­vi­zo­ra ba­xan­da da iz­lə­dik­lə­ri­ni da­nı­şıb mü­za­ki­rə edər, fi­kir­lə­ri­ni pay­la­şar­lar­dı.

Mə­sə­lən, xa­lam sə­hər tez­dən aram-aram ya­ğan qa­ra ba­xa­raq "Be­lə yağ­sa qar hər ye­ri ör­tə­cək" de­yər­di.

Mən də o bi­ri pən­cə­rə­dən tram­vay yo­lu­na ba­xa­raq "Ye­nə ka­ğıt həl­va­çı1 gəl­di Ni­şan­ta­şı­nın ti­ni­nə" de­yər­dim.

Ba­zar gün­lə­ri əmim­gil, bi­bim­gil və biz alt mər­tə­bə­lər­də­ki ev­lə­ri­miz­dən yu­xa­rı­ya, ata nə­nə­min ya­nı­na çı­xar, gü­nor­ta ye­mə­yi­ni bə­ra­bər ye­yər­dik.

Ora­da­kı iz­di­ha­mın içə­ri­sin­də ol­du­ğum üçün elə xoş­bəxt­dim ki, pən­cə­rə­dən eşi­yə ba­xa­raq ye­mək süf­rə­si­nin ha­zır­lan­dı­ğı­nı göz­lə­yən­də də gö­zü­mün önün­də ar­xam­da qa­lan bö­yük sa­lon, ye­mək süf­rə­si­nin üzə­ri­nə asıl­mış bül­lur çil­çı­ra­ğın zə­if lam­pa­la­rı can­la­nır­dı.

Nə­nə­min sa­lo­nu o bi­ri mər­tə­bə­lə­rin sa­lon­la­rı ki­mi ya­rıqa­ran­lıq olur­du, am­ma nə­dən­sə mə­nə da­ha qa­ran­lıq gö­rü­nür­dü.

Bu, bəl­kə heç açıl­ma­yan eyvan qa­pı­la­rı­nın kə­nar­la­rın­dan ür­küdü­cü köl­gə­lər­lə sal­la­nan tül­lər və pər­də­lər üzün­dən idi.

Bəl­kə də sə­dəf qu­ra­ma­lı ara­kəs­mə­lər, qə­dim san­dıq­lar, iri ma­sa­lar, mol­bert­lər, üs­tü çər­çi­və­li rəsm­lər­lə do­lu quy­ruq­lu pia­no və baş­qa əş­ya­lar­la dol­du­rul­muş ha­va­sız otaq­lar­dan hər za­man toz iyi gəl­di­yi üçün be­lə hiss edir­dim.

Gü­nor­ta ye­mə­yin­dən son­ra, ye­mək ota­ğı­na açı­lan qa­ran­lıq otaq­la­rın bi­rin­də əmim si­qa­ret çə­kir­di. "Fut­bol oyu­nu­na bir bi­le­tim var, am­ma get­mə­yə­cəm", - de­di. "Ata­nız apar­sın si­zi".

"A­ta, bi­zi də apar da" bö­yük qar­da­şım içə­ri­dən de­di.

"U­şaq­lar ha­va alar­lar" anam da sa­lon­dan de­di.

"U­şaq­la­rı sən apar" atam ana­ma de­di.

"Mən anam­gi­lə ge­di­rəm" anam de­di.

"Biz nə­nəm­gi­lə get­mək is­tə­mi­rik" bö­yük qar­da­şım de­di.

"Ma­şı­nı da ve­rə­rəm" əmim de­di.

"A­ta, noo­lar" bö­yük qar­da­şım de­di.

­U­zun, qə­ri­bə bir səs­siz­lik çök­dü. San­ki sa­lon­da otu­ran hər kəs atam haq­qın­da bir şey dü­şü­nür və atam da bu dü­şün­cə­lə­ri hiss edir­di.

So­nun­da atam "Ma­şı­nı ve­rə­cək­sən­mi?" de­yə əmim­dən sor­du.

Da­ha son­ra aşa­ğı­da, bi­zim mər­tə­bə­də anam mə­nim və bö­yük qar­da­şı­mın aya­ğı­na da­ma­lı, qa­lın yun co­rab və əy­ni­mi­zə cüt-cüt köy­nək ge­yin­di­rir, atam uzun dəh­liz­də aşa­ğı­-yu­xa­rı gə­zə­rək si­qa­ret çə­kir­di.

Əmi­min açıq ya­şıl rəng­li 52 mo­del “Dodq­”e­si Təş­vi­ki­yə Ca­mi­si­nin qar­şısın­da da­yan­mış­dı.

Atam iki­mi­zin də qa­baq­da otur­ma­ğı­mı­za ica­zə ver­di və ma­şı­nı dər­hal işə sal­dı.

Sta­dion­da növ­bə yox­du. "Bu iki­si­nə bir bi­let", - atam ke­çid­də­ki ki­şi­yə de­di: "Bi­ri sək­kiz, bi­ri on ya­şın­da".

Ki­şi­nin gö­zü­nün içi­nə bax­maq­dan qor­xa­raq içə­ri gir­dik. Tri­bu­na­lar­da boş yer çox­du və biz ra­hat-ra­hat otur­duq.

Ko­man­da­lar pal­çıq içə­ri­sin­də oyun sa­hə­si­nə çıx­mış­dı­lar və ağap­paq şort­lu fut­bol­çu­la­rın isin­mək üçün sa­ğa-so­la qa­çış­dıq­la­rı­nı gör­mək xo­şu­ma gə­lir­di. "Bax, o Meh­met Kü­çük­dür", de­yə qar­da­şım bar­ma­ğı­nı uza­da­raq bi­ri­ni gös­tər­di. “Gənc­lər ko­man­da­sın­dan gə­lib”.

"Bi­li­rəm", de­dim.

O­yun baş­la­dı və biz səs­siz­cə iz­lə­dik. Bir az son­ra oyu­nu de­yil, baş­qa şey­lə­ri fi­kir­lə­şir­dim.

Ni­yə fut­bol­çu­la­rın for­ma­la­rı ey­ni, am­ma ad­la­rı də­yi­şik­dir? Mey­dan­ça­da fut­bol­çu­la­rın yox, ad­la­rı­nın qa­çış­dıq­la­rı­nı tə­səv­vür et­dim.

Şort­la­rı ya­vaş-ya­vaş pal­çı­ğa ba­tır­dı. Da­ha son­ra açıq tri­bu­na­nın ar­xa­sın­dan, Bo­ğaz­dan ke­çən bir gə­mi­nin ağır-ağır irə­li­lə­yən ba­ca­sı­nı seyr et­dim.

Oyu­nun ikin­ci his­sə­si­nə qə­dər qol vu­rul­ma­dı və hə­rə­mi­zə bir qab ləb­lə­bi və pen­dir­li pi­de al­dıq.

"A­ta, mən pi­de­min ha­mı­sı­nı ye­yə bil­mə­yə­cə­yəm" de­yə­rək əlim­də­ki­ni gös­tər­dim.

"Bu­ra­ya qoy" de­di. - "Gö­tü­rən ol­maz".

Fa­si­lə za­ma­nı ha­mı ki­mi biz də aya­ğa qal­xıb hə­rə­kət edə­rək isin­mə­yə ça­lış­dıq.

Atam ki­mi əl­lə­ri­mi­zi yun şal­var­la­rı­mı­zın cib­lə­ri­nə sa­lıb, ar­xa­mı­zı oyun mey­da­nı­na çe­vi­rə­rək baş­qa ta­ma­şa­çı­la­ra ba­xır­dıq ki, adam­lar ara­sın­dan bi­ri ata­ma səs­lən­di. Atam uğul­tu­dan onu eşit­mə­di­yi üçün əli­ni qu­la­ğı­na tə­rəf gö­tür­dü.

"Gə­lə bil­mə­rəm" bi­zi gös­tə­rə­rək de­di. "Uşaq­lar var ya­nım­da".

A­dam­la­rın ara­sın­da­kı ki­şi bə­növ­şə­yi rəng­də şərf tax­mış­dı. Sı­ra­la­rın ara­sın­dan ke­çə­rək, baş­qa­la­rı­nı itə­lə­yə-itə­lə­yə bi­zim ya­nı­mı­za ya­xın­laş­dı.

­A­tam­la qu­caq­la­şıb öpüş­dük­dən son­ra "Bu uşaq­lar sə­nin­dir? so­ruş­du. "Bö­yü­müş­lər. İna­na bil­mi­rəm".

A­tam heç nə de­mə­di.

"Nə vaxt ol­du bu uşaq­lar?"

Bi­zə təəc­cüb­lə ba­xa­raq: "Mək­tə­bi bi­tir­dik­dən son­ra dər­hal ev­lən­din­mi?" de­yə sor­du.

"Bə­li", atam onun üzü­nə bax­ma­dan ca­vab ver­di. Bir az da söh­bət et­di­lər. Bə­növ­şə­yi şərf tax­mış ki­şi hər bi­ri­mi­zin ov­cu­nun içi­nə qa­bı­ğı so­yul­ma­mış bir ame­ri­kan fıs­tı­ğı qoy­du. O, get­dik­dən son­ra atam ye­ri­nə otur­du və uzun za­man heç nə da­nış­ma­dı.

Ko­man­da­lar tə­miz şort­la­rı ilə ye­ni­dən oyun mey­da­nı­na çıx­mış­dı­lar ki, atam: "Qal­xın ge­dək evə" de­di. "Üşü­yər­siz".

"Mən üşü­mü­rəm" bö­yük qar­da­şım de­di.

"Xeyr, üşü­yür­süz" atam sə­si­ni qal­dır­dı. "Əli üşü­yür. Qal­xın gö­rüm".

O­tu­ran­la­rın diz­lə­ri­nə çar­pa-çar­pa, ayaq­la­rı­na tap­da­la­ya-tap­da­la­ya çı­xan­da ye­mə­yib kə­na­ra qoy­du­ğu­muz pi­de­nin üzə­ri­nə də tap­da­la­dıq. Ha­kim oyu­nun ikin­ci his­sə­si­nin baş­la­ma­sı üçün fit ça­lan­da biz pil­lə­kən­lər­lə yu­xa­rı çı­xıb tri­bu­na­nı tərk edir­dik. "Sən üşü­yür­dün?" bo­yük qar­da­şım de­di. "Ni­yə söy­lə­mə­din üşü­mə­di­yi­ni?" Mən ca­vab ver­mə­dim. "Ax­maq", bö­yük qar­da­şım hirs­lən­di üs­tü­mə.

"O­yu­nun ikin­ci his­sə­si­ni ev­də ra­dio­dan din­lə­yər­si­niz" de­di atam.

"Ra­dio bu oyu­nu ver­mir" de­yə bö­yük qar­da­şım ca­vab ver­di.

"Kə­sin sə­si­ni­zi" atam əsə­bi­ləş­di. "Evə qa­yı­dan­da si­zi Tak­sim­dən ke­çi­rə­cəm".

Sus­duq. Oyun sa­hə­si­ni keç­dik­dən son­ra atam, təx­min et­di­yi­miz ki­mi, ma­şı­nı at ya­rı­şı oy­na­nan köş­kün ya­xın­lı­ğın­da sax­la­dı. "Qa­pı­nı heç ki­mə aç­ma­yın" de­di. "İn­di gə­li­rəm".

Ma­şın­dan çıx­dı. O, qa­pı­la­rı ar­xa­dan bağ­la­ma­dı. Biz dər­hal içə­ri­dən düy­mə­lə­ri bas­dıq. Am­ma atam at ya­rı­şı oy­na­nan köş­kə gir­mə­di: ma­şı­nı sax­la­dı­ğı yol­dan qa­ça­raq kü­çə­nin o bi­ri tə­rə­fi­nə keç­di.

Ora­da, vit­rin­lə­rin­də gə­mi rəsm­lə­ri, bö­yük plast­mas təy­ya­rə­lər, gü­nəş­li mən­zə­rə­lər sər­gi­lə­nən və ba­zar gün­lə­ri də ça­lı­şan bir dü­ka­na gir­di.

"A­tam ha­ra get­di?" so­ruş­dum.

Bö­yük qar­da­şım de­di: "E­və ça­tan­dan son­ra alt­mı, üstmü oy­na­ya­rıq".

A­tam ge­ri gə­lən­də qar­da­şım ma­şı­nın əy­lə­ci ilə oy­na­yır­dı. Ni­şan­ta­şı­na dön­dük. Ma­şı­nı ye­nə ca­mi­nin önün­də sax­la­dıq. Ələd­di­nin dü­ka­nı­nın önün­dən ke­çən­də atam "Si­zə bir şey alım" de­di. "Am­ma ye­ni Məş­hur­lar Se­ri­ya­sı­nı is­tə­mə­yin".

"A­ta noo­lar" de­yə tə­pin­mə­yə baş­la­dıq.

Ə­ləd­di­nin dü­ka­nın­dan atam bi­zə Məş­hur­lar Se­ri­ya­sın­dan 10 ədəd saq­qız al­dı. Evə gəl­dik. İçə­ri­si is­ti idi. Anam hə­lə gəl­mə­miş­di. Ka­ğız­la­rı­nı tə­ləm-tə­lə­sik par­ça­la­yıb ye­rə at­dı­ğı­mız saq­qız­la­rı aç­ma­ğa baş­la­dıq. Nə­ti­cə:

Mə­nə iki də­nə Fev­zi Çak­mak Pa­şa, bir Şar­lo, Gü­ləş­çi Ha­mit Kap­lan, Qand­hi, Mo­sart, De Gaul­le, iki də­nə Ata­türk və bö­yük qar­da­şım­da ol­ma­yan 21 nöm­rə­li Qre­ta Qar­bo­dan da bir də­nə çıx­dı.

Be­lə­lik­lə, əlim­də Məş­hur­lar Se­ri­ya­sın­dan tam 173 ədəd rəsm ol­du, am­ma bü­tün se­ri­ya­nı ta­mam­la­maq üçün hə­lə iyir­mi yed­di də­nə ək­si­yi­miz var­dı. Bö­yük qar­da­şı­ma dörd də­nə Mar­şal Fev­zi Çar­mak Ra­şa, beş də­nə Ata­türk və bir Edi­son rəs­mi çıx­mış­dı.

Hə­rə­miz ağ­zı­mı­za bir saq­qız qo­yub rəsm­lə­rin ar­xa­sın­da­kı ya­zı­la­rı oxu­ma­ğa baş­la­dıq.

Mar­şal Fev­zi Çak­mak

Qur­tu­luş Mü­ha­ri­bə­si Ko­man­dir­lə­rin­dən

(1876-1950)

Mam­bo Şir­niy­yat-Saq­qız Sə­na­ye­si

­Məş­hur­lar Se­ri­ya­sı­nın 100-nü də top­la­yan şans­lı ­şəxs­lə­rə bir də­ri fut­bol to­pu hə­diy­yə edi­lə­cək

Bö­yük qar­da­şı­mın əlin­də yu­maq şək­lin­də in­di­yə qə­dər top­la­dı­ğı 165 rəsm var­dı. "Alt­mı- üstmü oy­na­yaq?" de­di.

"Xe­yr" de­dim.

"Mən­də­ki 12 ədəd Fev­zi Çak­mak rəs­mi­nə Qre­ta Qar­bo­dan bi­ri­ni ve­rər­sən­mi?" so­ruş­du. "On­da sə­nin cə­mi 184 rəs­min ola­caq".

"Xe­yir" de­dim.

"Qre­ta Qar­bo­dan sən­də iki də­nə var".

Ca­vab ver­mə­dim.

"Sa­bah mək­təb­də pey­vənd edə­çək­lər, sə­ni möh­kəm ağ­rı­da­caq", de­di. "On­da ya­nı­ma gəl­məz­sən, ba­şa düş­dün?"

"Gəl­mə­rəm".

Ax­şam ye­mə­yi səs­siz keç­di. İd­man xə­bər­lə­ri­ni din­lə­yib oyu­nun 2:2 he­sab­la ba­şa çat­dı­ğı­nı öy­rə­nən­dən son­ra, anam bi­zi ya­tır­maq üçün ota­ğı­mı­za gəl­di. Bö­yük qar­da­şım çan­ta­sı­nı yı­ğır­dı: qa­ça-qa­ça qo­naq ota­ğı­na get­dim. Atam pən­cə­rə­dən eşi­yə, kü­çə­yə ba­xır­dı.

"A­ta, sa­bah mək­tə­bə get­mək is­tə­mi­rəm" de­dim.

"He­lə şey olar?"

"Sa­bah pey­vənd edə­cək­lər" de­dim. "Qız­dır­mam qal­xır, nə­fə­sim da­ra­lır. Anam bi­lir".

O, heç bir şey de­mə­dən mə­nə ba­xır­dı. Qa­ça-qa­ça ge­dib çək­mə­cə­dən ka­ğız-qə­ləm gə­tir­dim.

"A­na­nın xə­bə­ri var­mı?" de­yib ka­ğı­zı hə­mi­şə oxu­du­ğu, am­ma heç za­man bi­tir­mə­di­yi Kier­ke­qaar­dın1 üzə­ri­nə qoy­du. "Mək­tə­bə ge­dər­sən, am­ma pey­vənd vur­dur­maz­san" de­di. "Be­lə ya­za­cam".

İm­za­la­dı. Mü­rək­kə­bi üf­lə­yib, ka­ğı­zı dər­hal qat­la­yıb ci­bi­mə qoy­dum. Ota­ğı­ma qa­çıb çan­ta­ma yer­ləş­dir­dim və ya­ta­ğı­mın üs­tü­nə çı­xa­raq atı­lıb-düş­mə­yə baş­la­dım.

A­nam de­di:

"Ye­nə özün­dən çıx­ma. Ar­tıq yat­maq vax­tı­dır".

2.

Mək­təb­də, gü­nor­ta ye­mə­yin­dən son­ray­dı. Bü­tün si­nif iki sı­ra­ya dü­zü­lə­rək pey­vənd elət­dir­mək üçün ye­ni­dən sərt iy­li ye­mək­xa­na­ya dü­şür­dü. Bə­zi­lə­ri ağ­la­yır, bə­zi­lə­ri qor­xuy­la göz­lə­yir­di. Alt mər­tə­bə­dən gə­lən dər­man iyi­ni hiss et­dik­də ürə­yim çırp­ma­ğa baş­la­dı.

Sı­ra­dan çıx­dım, pil­lə­kən­lə­rin ba­şın­da da­ya­nan müəl­li­mi­min ya­nı­na ya­xın­laş­dım. Bü­tün si­nif gu­rul­tu ilə ya­nı­mız­dan keç­di.

Müəl­li­mim:

- "Bu­yur" de­di. "Nə is­tə­yir­sən?"

A­ta­mın yaz­dı­ğı ka­ğı­zı ci­bim­dən çı­xa­rıb ona ver­dim. Qaş-qa­ba­ğı­nı sal­la­ya­raq oxu­du. "Sə­nin atam hə­kim de­yil ki" de­di. Bi­raz fi­kir­ləş­di. Yu­xa­rı çıx və "2 A-da göz­lə" de­di.

Yu­xa­rı­da, 2 A-da mə­nim ki­mi "gü­zəşt­li" al­tı-yed­di uşaq da var­dı. Bi­ri qor­xu ilə pən­cə­rə­dən eşi­yə ba­xır­dı.

Dəh­liz­dən ağ­la­ma və hə­yə­can uğul­tu­su gə­lir, göz­lük tax­mış bir ki­şi tum çırt­la­ya­raq “Ki­no­va”1 oxu­yur­du. Qa­pı açıl­dı, mü­dir müa­vi­ni Sey­fi bəy gəl­di.

"Bəl­kə bə­zi­niz doğ­ru­dan da xəs­tə­dir, on­lar in­ci­mə­sin" de­di. "Am­ma mən ya­lan­dan bə­ha­nə gə­ti­rən­lə­rə de­yi­rəm. Ha­mı­nız bö­yü­yüb bu və­tə­nə xid­mət edə­cək, bəl­kə də onun üçün ölə­cək­si­niz. Bu gün iy­nə­dən qor­xub qa­çan­lar, o za­man əsas­lı bir sə­bəb yox­sa və­tən xai­ni ola­caq­lar. Ayıb ol­sun".

U­zun bir səs­siz­lik çök­dü. Ata­tür­kün rəs­mi­nə bax­dım və göz­lə­rim ya­şar­dı.

Son­ra kim­sə­nin gö­zü­nə gö­rün­mə­dən si­nif­lə­ri­mi­zə qa­yıt­dıq. Pey­vənd olan­la­rın bə­zi­lə­ri qol­la­rı çır­ma­lı, bə­zi­lə­ri gö­zü yaş­lı, itə­lə­şə­rək kef­siz hal­da gə­lir­di­lər.

Müəl­lim:

"Ev­lə­ri ya­xın olan­lar ge­də bi­lər" de­di. "Ki­mi gə­lib gö­tü­rə­cək­lər­sə son zən­gə qə­dər otu­rub göz­lə­sin.

Bir-bi­ri­ni­zin qo­lu­na to­xun­ma­yın. Sa­bah dərs yox­dur".

Se­vinc­dən qış­qır­dıq. Mək­tə­bin qa­pı­sın­dan çı­xan­da bə­zi­lə­ri qol­la­rı­nı yu­xa­rı çıx­ma­yıb yod izi­ni qa­pı­çı Hil­mi əfən­di­yə gös­tə­rir­di.

­Ə­lim­də çan­tam kü­çə­yə çı­xıb qaç­ma­ğa baş­la­mış­dım. Qəs­sab Ka­ra­pe­tin dü­ka­nının qa­ba­ğın­da da­ya­nan bir at ara­ba­sı yo­lu tı­xa­mış­dı, ara­la­rın­dan qa­ça­raq yo­lun o bi­ri tə­rə­fi­nə, bi­zim yo­xu­şa keç­dim.

Ma­nu­fak­tu­ra­çı Hay­ri­nin, çi­çək­çi Sa­le­hin önün­dən sü­rət­lə keç­dim. Bi­zim qa­pı­nı qa­pı­çı Ha­zım əfən­di aç­dı.

"Bu vaxt tək­ba­şı­na bur­da ney­nir­sən?" de­di.

"Pey­vənd ol­duq" de­dim. "Si­nif da­ğıl­dı".

"Bö­yük qar­da­şın har­da­dır? Öz ba­şı­na qe­ri qa­yıt­dın?".

"Tram­vay yo­lun­dan özüm keç­dim. Sa­bah tə­til­də­yik".

"A­nan ev­də yox­dur" de­di. "Nə­nən­gi­lə çıx".

"Xəs­tə­lən­mi­şəm" de­dim. "Evi­mi­zə get­mək is­tə­yi­rəm. Qa­pı­nı aç".

Di­var­dan aça­rı gö­tür­dü, lif­tə min­dik. Yu­xa­rı çı­xa­na ki­mi si­qa­re­ti­nin du­ma­nı göz­lə­ri­mi ya­şart­dı. Bi­zim qa­pı­mı­zı aç­dı. "İşıq­lar­la, elekt­rik­lər­lə oy­na­ma" de­di, qa­pı­nı ör­tüb get­di.

"A­na, qo­lum ağ­rı­yır" qar­da­şım de­di.

"İn­di aşa­ğı dü­şə­rik, ya­tı­ra­ram si­zi".

A­şa­ğı­da, bi­zim mər­tə­bə­miz­də üçü­müz də uzun za­man heç nə da­nış­ma­dıq. Yat­maz­dan qa­baq əy­nim­də­ki ge­cə­lik­lə mət­bəx­dən su gö­tür­mək üçün qo­naq ota­ğı­na gir­dim. Anam pən­cə­rə­nin qa­ba­ğın­da si­qa­ret çə­kir­di, ön­cə gəl­di­yi­mi hiss et­mə­di, mə­ni gö­rün­cə de­di:

"Ya­lın ayaq­la üşü­yər­sən. Qar­da­şın yat­dı­mı?"

"Yat­dı. Ana. Sə­nə bir söz de­yə­cəm". Göv­də­mi anam­la pən­cə­rə ara­sı­na yer­ləş­dir­mək üçün göz­lə­dim. Anam ar­zu­la­dı­ğım o ra­hat ye­ri açan ki­mi özü­mü ora­ya sı­xış­dır­dım. "Atam Pa­ri­sə get­di" de­dim. "Han­sı yol çan­ta­sı­nı al­dı, bi­lir­sən heç?"

Heç nə de­mə­di. Ge­cə­nin səs­siz­li­yin­də ya­ğı­şın is­lat­dı­ğı kü­çə­ni uzun-uza­dı seyr et­dik.

A­na nə­nə­min evi Şiş­li Ca­mi­si­nin düz qar­şı­sın­da, tram­vay qa­ra­jın­dan əv­vəl­ki da­ya­na­caq­day­dı.

Hal-ha­zır­da çox­lu av­to­bus da­ya­na­caq­la­rı, hər tə­rə­fi hərf­lər­lə ör­tü­lü çox­mər­tə­bə­li ma­ğa­za­lar və gü­nor­ta fa­si­lə­sin­də əl­lə­rin­də sand­viç­lər, yo­xuş­la­rı qa­rış­qa sü­rü­sü ki­mi dol­du­ran in­san küt­lə­si­nin ça­lış­dı­ğı iş yer­lə­riy­lə əha­tə olu­nan yön­dəm­siz və yük­sək bi­na­lar­la do­lu mey­dan, o za­man­lar İs­tan­bu­lun Av­ro­pa səm­ti­nin bir ucun­da yer­lə­şir­di.

Ana­mı­zın əlin­dən tu­tub tut və cö­kə ağac­la­rı­nın ara­sın­dan ke­çə­rək ya­şa­dı­ğı­mız ev­dən pi­ya­da on beş də­qi­qə uzaq­lıq­da yer­lə­şən ge­niş və səs­siz mey­da­na çat­dıq­da şə­hə­rin qur­ta­ra­ca­ğın­da ol­du­ğu­mu­zu hiss edir­dik.

Nə­nə­min dik qo­yul­muş na­zik bir kib­rit qu­tu­su şək­lin­də­ki dördmər­tə­bə­li, daş və be­ton evi­nin bir cəb­hə­si qər­bə, İs­tan­bu­la, o bi­ri tə­rə­fi isə şər­qə, tut ağac­la­rı ilə ör­tü­lü tə­pə­lə­rə ba­xır­dı.

Əri öl­dük­dən, üç qı­zı­nı ərə ver­dik­dən son­ra nə­nəm do­lab­lar, ma­sa­lar, mol­bert­lər, pia­no­lar və baş­dan-aya­ğa əş­ya­lar­la do­lu bu evin yal­nız­ca tək bir ota­ğın­da ya­şa­ma­ğa baş­la­mış­dı.

Ye­mək­lə­ri­ni bö­yük xa­lam bi­şirt­di­rib ya özü gə­ti­rər, ya da sü­rü­cü­sü ilə ye­mək çan­ta­sın­da gön­də­rər­di.

Nə­nəm nəin­ki ota­ğın­dan çı­xıb iki mər­tə­bə aşa­ğı­da yer­lə­şən mət­bə­xə dü­şüb ye­mək bi­şir­məz, hət­ta evin ağı­la­sığ­maz qa­lın­lıq­da toz tə­bə­qə­si və ge­niş hö­rüm­çək tor­la­rıy­la ör­tül­müş di­gər otaq­la­rı­na gi­rib ət­ra­fı sə­li­qə­yə be­lə sal­maz­dı.

Ey­ni­lə bö­yük bir tax­ta ima­rət­də il­lər­lə tək ya­şa­yıb ölən ana­sı ki­mi, nə­nəm də tən­ha­lıq xəs­tə­li­yi­nə tu­tul­du­ğun­dan, evə künc-bu­ca­ğı si­lib-sü­pü­rən, sə­li­qə-sah­man ya­ra­dan bir xa­di­mə qa­dı­nın gir­mə­si­nə ica­zə ver­məz­di.

­O­nu gör­mə­yə ge­dən­də anam uzun uza­dı zən­gi ça­lar, də­mir qa­pı­nı yum­ruq­lar, nə­ha­yət, nə­nəm ikin­ci mər­tə­bə­nin Şiş­li Ca­mi­si­nə ba­xan pən­cə­rə­si­nin pas­lı də­mir bar­maq­lıq­la­rı ara­sın­dan aşa­ğı, bi­zə ba­xar, uza­ğı gör­mə­yən göz­lə­ri­nə gü­vən­mə­di­yi üçün sə­si­mi­zi çı­xa­rıb ona əl et­mə­yi­mi­zi is­tər­di.

"Qa­pı­nın di­bin­dən çə­ki­lin ki, nə­nə­niz si­zi gö­rə bil­sin" de­yər­di anam. Özü də bi­zim­lə bə­ra­bər yo­xu­şun or­ta­sı­na çı­xıb ana­sı­na əl elə­yə­rək səs­lə­nər­di: "Ana, uşaq­lar­la bi­zik, biz, bi­zi eşi­dir­sən­mi?".

Nə­nə­min bi­zi gör­dü­yü­nü, ta­nı­dı­ğı­nı üzün­də yal­nız bir­cə an gö­rü­nən mü­la­yim tə­bəs­sü­mün­dən an­la­yar­dıq.

Pən­cə­rə­dən dər­hal içə­ri çə­ki­lib ota­ğı­na gi­rər, yas­tı­ğı­nın al­tın­dan bö­yük bir açar çı­xa­rıb bir qə­zet par­ça­sı­na sa­rı­dıq­dan son­ra aşa­ğı­ya, bi­zə atar­dı. Qar­da­şım­la aça­rı ha­va­da tu­ta bil­mək üçün itə­lə­şər­dik.

Qo­lu hə­lə də ağ­rı­yan qar­da­şım hə­vəs­siz tər­pən­di­yi üçün mən qa­ça­raq aça­rı gö­tür­düm və ana­ma ver­dim. Anam ki­li­di çə­tin­lik­lə aç­dı.

Bö­yük, də­mir qa­pı üçü­müz də itə­lə­dik­dən son­ra çə­tin­lik­lə ara­lan­dı və qa­ran­lı­ğın için­dən bur­nu­mu­za bən­zə­ri­ni heç bir yer­də hiss et­mə­yə­cə­yi­miz kif­li toz, nə­miş­lik və ha­va­sız­lıq iyi gəl­di.

Evə gi­rə­cək oğ­ru­lar bur­da bir ki­şi ol­du­ğu­nu dü­şün­sün­lər de­yə nə­nəm qa­pı­nın ağ­zı­na ba­ba­mın ya­xa­sı xəz­li pal­to­su­nu, pa­pa­ğı­nı və kə­nar­da da mə­ni hə­mi­şə qor­xu­dan uzun­bo­ğaz çək­mə­lə­ri­ni qoy­muş­du.

Bir az son­ra, ikin­ci mər­tə­bə­yə qə­dər düm­düz uza­nan qa­ran­lıq tax­ta pil­lə­kən­lə­rin ba­şın­da, cox uzaq­da, ağ bir işı­ğın ucun­da nə­nə­mi gör­dük.

Gö­rün­məz art-de­ko şü­şə­lər­dən sü­zü­lən işı­ğın için­də əlin­də ço­ma­ğı qa­ran­lıq­da bir ruh ki­mi hə­rə­kət­siz du­rurdu.

Cı­rıl­da­yan pil­lə­kən­lər­lə yu­xa­rı çı­xan­da anam nə­nəm­lə bir kəl­mə də kəs­mə­di ("ne­cə­si­niz, ana­can", "si­zin üçün çox da­rıx­dım, ana­can", "ha­va çox so­yuq­dur, ana­can!"və s. de­yər­di baş­qa za­man­lar).

Pil­lə­kən­lə­rin ba­şın­da üzü­nə və bi­lə­yin­də­ki bö­yük ət xa­lı­na bax­ma­ma­ğa ça­lı­şa­raq nə­nə­min əli­ni öp­dük.

Tək diş­li ağ­zın­dan, uzun çə­nə­sin­dən və üzün­də­ki tük­lər­dən ye­nə qorx­duq və ota­ğa gi­rən ki­mi ana­mı­zı qu­caq­la­ya­raq ya­nın­da otur­duq.

Nə­nəm gü­nü­nün çox his­sə­si­ni ke­çir­di­yi bö­yük ya­ta­ğı­na üzə­rin­də­ki uzun ge­cə­li­yi və uzun ar­xa­lı­ğı ilə otur­du və gü­lüm­sə­yə­rək " hay­di mə­ni şən­lən­di­rin" de­yən bir ba­xış­la bi­zə bax­dı.
­A­nam:

"So­ba­nız yax­şı yan­mır, ana­can" de­di. Ma­şa­nı alıb so­ba­nın içi­ni qa­rış­dır­dı.

Nə­nəm onu bir az din­lə­di. Son­ra "So­ba­dan da­nış­ma­ğı kəs" de­di. "Mə­nə bir az tə­zə xə­bər ver. Nə var, nə yox dün­ya­da?"

"Heç bir şey yox­dur!" anam ya­nı­mı­za otu­ra­raq ca­vab ver­di.

"Bir ha­di­sə-zad baş ver­mə­yib?"

"Heç bir şey ol­ma­yıb ana­can."

Bir az sus­duq­dan son­ra nə­nəm so­ruş­du:

"Heç ki­mi gö­rüb elə­mə­mi­sən ki?" de­di.

Səs­siz­lik çök­dü.

"Nə­nə, biz pey­vənd ol­duq" de­dim.

Nə­nəm ma­vi göz­lə­ri­ni ge­niş aça­raq :

"E­lə­mi?" de­di. "Ağ­rı­dı­mı?"

"Mə­nim qo­lum ağ­rı­yır". Bu­nu bö­yük qar­da­şım de­di.

"Vay" de­yə nə­nəm gü­lüm­sə­di.

Ye­nə uzun sü­rən bir sü­kut cök­dü. Bö­yük qar­da­şım­la qal­xıb pən­cə­rə­dən eşi­yə, uzaq­da­kı tə­pə­lə­rə, tut ağac­la­rı­na, ar­xa bağ­ça­da­kı boş və köh­nə to­yuq hi­ni­nə bax­dıq.

"De­mək da­nış­ma­ğa heç bir əh­va­la­tın yox­dur" de­yə nə­nəm ye­ni­dən dil­lən­di. "Yu­xa­rı­ya qay­na­nan­gi­lə çı­xır­san, on­la­ra qo­naq gə­lib elə­mir?"

"Dü­nən gü­nor­ta­dan son­ra Dil­ru­ba xa­nım gəl­di" de­yə anam ca­vab ver­di. "Uşaq­la­rın nə­nə­siy­lə oyun oy­na­dı­lar".

Nə­nəm göz­lə­di­yi­miz kəl­mə­lə­ri dər­hal kef­lə söy­lə­di :

"O, sa­ray ada­mı­dır!"

Bu kəl­mə­lər­lə nə­nə­min il­lər­lə na­ğıl­lar­da və qə­zet sə­hi­fə­lə­rin­də haq­qın­da çox şey oxu­du­ğum rən­ga­rəng Qərb sa­ray­la­rın­dan de­yil, Dol­ma­bağ­ça Sa­ra­yın­dan bəhs et­di­yi­ni bi­lir­dik.

Am­ma ana nə­nə­min is­teh­zay­la Dil­ru­ba xa­nı­mın son pad­şa­hın hə­rə­min­dən çıx­dı­ğı­nı, yə­ni bir kə­niz ol­du­ğu­nu de­mək is­tə­di­yi­ni, be­lə­lik­lə də gənc­li­yi­ni hə­rəm­də ke­çi­rib son­ra bir ta­cir­lə ev­lə­nən bu qa­dı­nı de­yil, onun­la dost­luq edən ata nə­nə­mi də ək­silt­di­yi­ni il­lər son­ra dərk et­dim.

Son­ra anam­la hər də­fə da­nış­dıq­la­rı baş­qa bir söh­bə­tə keç­di­lər: nə­nəm həf­tə­də bir də­fə Bə­yoğ­lu­na ge­dər, Ab­dul­lah əfən­di­nin ba­ha­lı və məş­hur ye­mək­xa­na­sın­da tək­ba­şı­na gü­nor­ta ye­mə­yi ye­yər, son­ra ye­di­yi hər şey­dən uzun-uza­dı şi­ka­yət edər­di.

Üçün­cü ha­zır söh­bət isə bi­zə bir­dən-bi­rə bu sua­lı ver­mə­siy­lə açıl­dı: "Uşaq­lar, nə­nə­niz si­zə cə­fə­ri ye­di­rirmi?

A­na­mın tən­beh­lə­di­yi ki­mi, "Ye­dir­mir, nə­nə" de­yə ey­ni an­da ca­vab ver­dik.

Hə­mi­şə­ki ki­mi nə­nəm bi­zə bağ­ça­da bir pi­şi­yin cə­fə­ri­lə­rin üzə­ri­ni pis­lə­di­yi­ni ne­cə gör­dü­yü­nü, bö­yük eh­ti­mal­la o cə­fə­ri­lə­rin yax­şı­ca yu­yul­ma­dan kim bi­lir han­sı ax­ma­ğın ye­mək­lə­ri­nin içi­nə doğ­ra­na­ca­ğı­nı, Şiş­li­nin, Ni­şan­ta­şı­nın göy-gö­yər­ti sa­tan sa­tı­cı­la­rıy­la ne­cə da­laş­dı­ğı­nı an­lat­dı.

"A­na­can" anam de­di. "Uşaq­lar da­rı­xır­lar, baş­qa otaq­la­ra bax­maq is­tə­yir­lər, gəl otaq­la­rın qa­pı­sı­nı açaq".

Oğ­ru bir pən­cə­rə­dən gi­rər­sə, evin di­gər otaq­la­rı­na keç­mə­sin de­yə, nə­nəm evin bü­tün otaq­la­rı­nı ba­yır tə­rəf­dən bağ­lı sax­la­yır­dı.

Anam nə­nə­min ota­ğı­nın qar­şı­sın­da­kı tram­vay yo­lu­na ba­xan bö­yük və so­yuq ota­ğın qa­pı­sı­nı aç­dı və bi­zim­lə bir­lik­də bir an ağ ör­tük­lər­lə or­tül­müş kür­sü və çar­pa­yı­la­rı, pas və toz için­də­ki çı­raq, ma­sa və san­dıq­la­rı, sa­ral­mış qə­zet yı­ğ­na­ğı­nı, kə­na­ra söy­kən­miş bir qız ve­lo­si­pe­di­nin əyil­miş göv­də­si­ni də­rin hüzn­lə seyr et­di.

Nə­şə­li za­man­la­rın­da ol­du­ğu ki­mi san­dıq­la­rın için­də­ki əş­ya­la­rı çı­xa­rıb bi­zə hə­vəs­lə gös­tər­mə­di. ("Ana­nız uşaq­lı­ğın­da bu san­da­let­lə­ri ge­yər­di, uşaq­lar, ba­xın xa­la­nı­zın mək­təb ön­lü­yü, ana­nı­zın uşaq­lı­ğın­da­kı pul da­xı­lı­nı gör­mək is­tə­yir­si­niz­mi, uşaq­lar?").

"Ü­şü­sə­niz ya­nı­ma gə­lin" de­yib get­di.

Bö­yük qar­da­şım­la pən­cə­rə­yə ya­xın­la­şıb qar­şı­da­kı ca­mi­yə və mey­dan­da­kı tram­vay da­ya­na­ca­ğı­na bax­dıq. Son­ra qə­zet­lər­dən keç­miş fut­bol oyun­la­rı haq­qın­da xə­bər­lə­ri oxu­duq.

"Da­rıx­dım" de­dim. "Alt­mı, üstmü oy­na­yaq".

"U­duz­muş pəh­lə­van gü­lə­şə doy­maz­mış", - bö­yük qar­da­şım ba­şı­nı qə­zet oxu­maq­dan qal­dır­ma­dan de­di. "Hə­lə qə­zet oxu­yu­ram".

Dü­nən ge­cə­dən son­ra, sə­hər də oy­na­mış­dıq və bö­yük qar­da­şım hər də­fə­sin­də ud­muş­du.

"Noo­lar" de­dim.

"Bir şər­tim var: Mən ud­sam, iki rəsm ve­rir­sən, sən ud­san, bi­ri­ni alır­san".

"Xe­yr".

Bö­yük qar­da­şım "On­da oy­na­mı­ram" de­di. "Gö­rür­sən ki, qə­zet oxu­yu­ram".

Qə­ze­ti­ni, ke­çən gün­lər­də Mə­lək ki­no­teat­rın­da seyr et­di­yi­miz film­də­ki in­gi­lis de­tek­ti­vi ki­mi əda­lı bir şə­kil­də tut­muş­du. Bir az pən­cə­rə­dən eşi­yə ba­xıb bö­yük qar­da­şı­mın şər­ti­ni qə­bul et­dim. Cib­lə­ri­miz­dən Məş­hur­lar Se­ri­ya­sı­nı çı­xa­rıb oy­na­dıq.

Ön­cə ud­dum, am­ma son­ra yed­di rəsm uduz­dum.

"Hə­mi­şə be­lə­cə udu­zu­ram" de­dim. "Əv­vəl­ki qay­da­da oy­na­ma­saq oyu­nu bu­ra­xı­ram".

Bö­yük qar­da­şım de­dek­ti­vi yam­sı­la­ya­raq "Özün bi­lər­sən" de­di." On­suz da mən qə­zet oxu­maq is­tə­yir­dim". Bir az pən­cə­rə­dən eşi­yə bax­dım. rəsm­lə­ri­mi diq­qət­lə say­dım: 121 də­nə qal­mış­dı.

Dü­nən atam ge­dən­dən son­ra 183 də­nəy­di! Ke­fi­min da­ha çox kor­lan­ma­sı­nı is­tə­mə­di­yim üçün bö­yük qar­da­şı­mın şər­ti­ni qə­bul et­dim.

O­yu­nun əv­və­lin­də bir az ud­dum, am­ma son­ra ye­nə də o, ud­ma­ğa baş­la­dı. Mən­dən qa­zan­dı­ğı rəsm­lə­ri kef­lə öz dəs­tə­si­nə qa­rış­dı­ran­da mə­ni hirs­lən­dir­mə­mək üçün gül­mə­mə­yə ça­lı­şır­dı.

Bir az son­ra "İs­tə­yir­sən, baş­qa bir şərt­lə oy­na­yaq" de­di. "Kim qa­za­nır­sa qa­zan­sın, bir də­nə gö­tür­sün. Am­ma mən ud­sam, sən­dən is­tə­di­yim bir rəs­mi se­çib gö­tü­rə­cəm. Çün­ki sə­nin bə­zi rəsm­lə­rin­dən mən­də yox­dur və on­la­rı heç ver­mir­sən".

"Bəl­kə, ud­dum" de­yə şər­ti­ni qə­bul et­dim. Ne­cə ol­du bil­mi­rəm, dal­ba­dal üç də­fə uduz­dum və nə baş ver­di­yi­ni an­la­ma­dan 21 nöm­rə­li Qre­ta Qar­bo­mun iki­si­ni və bö­yük qar­da­şım­da da bir də­nə olan 78 Kral Fa­ru­ku əlim­dən ver­miş­dim.

Ha­mı­sı­nı bir­dən ge­ri al­maq is­tə­dim və oyun bö­yü­dü: be­lə­lik­lə, mən­də hə­rə­sin­dən bir də­nə olan və qar­da­şım­da heç ol­ma­yan 63 Eynş­teyn, 3 Möv­la­na, Mam­bo və Saq­qız-Şir­niy­yat Şir­kə­ti­nin ya­ra­dı­cı­sı 100 Sar­kiz Na­zar­yan və 51 Kleo­pat­ra iki oyun­da əlim­dən get­di.

Ud­qu­na bil­mir­dim. Ağ­la­maq­dan qorx­du­ğum üçün pən­cə­rə­yə tə­rəf qaç­dım, eşi­yə bax­dım: beş də­qi­qə qa­baq hər şey, da­ya­na­ca­ğa ya­xın­la­şan tram­vay, yar­paq­la­rı tö­kü­lən ağac­la­rın bu­daq­la­rı ara­sın­da uzaq­dan gö­rü­nən bi­na­lar, kü­çə­lə­rin bə­zək­li daş­la­rı üs­tü­nə uzan­mış kö­pək - hər nə var­dı­sa çox gö­zəl gö­rü­nür­dü!

Za­man dur­sa və biz keç­mi­şə qa­yı­da bil­sək, o za­man bö­yük qar­da­şım­la bir da­ha alt­mı, üstmü oy­na­maz­dım.

"Bir da­ha oy­na­yaq­mı?" al­nı­mı da­ya­dı­ğım pən­cə­rə şü­şə­sin­dən çək­mə­dən de­dim.

"Oy­na­ma­ram" de­di. "Ağ­la­yar­san".

"And içi­rəm, Cev­det, ağ­la­ma­ya­cam" hə­vəs­lə ona ya­xın­laş­dım. "Am­ma əv­vəl­ki ki­mi bə­ra­bər şərt­lər­lə oy­na­yaq".

"Qə­zet oxu­ya­cam" de­di.

"Yax­şı" de­dim. Get­dik­cə in­cə­lən rəsm dəs­tə­mi qa­rış­dır­dım. "Yax­şı" de­dim "söy­lə, alt­mı, üst­mü?"

"Am­ma ağ­la­ma­ya­caq­san" de­di. "Yax­şı, üst".

Mən ud­dum və mə­nə Mar­şal Fev­zi Çak­mak­lar­dan bir də­nə uzat­dı. Al­ma­dım. "Xa­hiş edi­rəm, 78 Kral Fa­ru­ku ge­ri ver".

"Xe­yr" de­di. "Be­lə da­nış­ma­mış­dıq".

İ­ki də­fə də oy­na­dıq, uduz­dum. Heç ol­ma­sa üçün­cü­nü oy­na­ma­say­dım: əlim tit­rə­yə­rək 49 Na­po­leo­nu da ver­dim.

"Ar­tıq oy­na­ma­ya­cam" bö­yük qar­da­şım de­di.

Yal­var­dım. İki də­fə də oy­na­dıq və udu­zan­da is­tə­di­yi rəsm­lə­ri ver­mək ye­ri­nə, əlim­də qa­lan bü­tün dəs­tə­ni ba­şı­nın üs­tü­nə, ha­va­ya tul­la­dım: iki ay ya­rım hər gün bir-bir hə­vəs­lə yı­ğa­raq, üzə­rin­də tit­rə­di­yim bü­tün o 28 Mae Vest­lər və 82 Æu­les Ver­ne­lər, 7 Fa­tih Sul­tan Meh­met­lər və 70 Kra­li­ça Eli­za­bet­lər, 41 jur­na­list Cə­lal Sa­lik­lər və 42 Vol­ter­lər ha­va­ya uçub da­ğıl­dı­lar.

Kaş ki, bam­baş­qa bir yer­də bam­baş­qa bir hə­ya­tım olay­dı. İn­ti­har et­miş uzaq bir sı­ğor­ta­çı qo­hu­mu­mu dü­şü­nə­rək cı­rıl­da­yan pil­lə­kən­lər­dən səs­siz­cə aşa­ğı düş­mə­yə baş­la­dım. Nə­nəm in­ti­har edən­lə­rin ye­rin al­tın­da qa­ran­lıq bir yer­də qal­dıq­la­rı­nı, cən­nə­tə gi­rə bil­mə­dik­lə­ri­ni de­miş­di. Qa­ran­lıq­da da­yan­dım, dö­nüb yu­xa­rı çıx­dım, nə­nə­min ota­ğı­nın qar­şı­sın­da­kı pil­lə­kən­də otur­dum. Nə­nə­min sə­si­ni eşit­dim.

"Qay­na­na­nın im­kan­la­rı bu­ra­da yox­dur" nə­nəm de­di. "Uşaq­la­rı­nı dü­şü­nüb göz­lə­yə­cək­sən".

A­nam de­di:

"A­na­can, siz­dən xa­hiş edi­rəm, uşaq­la­rı­mı alıb bu­ra­ya dön­mək is­tə­yi­rəm".

"Bu toz­lu, ruh­la­rın do­laş­dı­ğı, oğ­ru­la­rın gi­rib-çıx­dı­ğı ev­də iki uşaq­la ya­şa­ya bil­məz­sən".

"A­na­can. Ba­cı­la­rım ərə get­dik­dən son­ra rəh­mət­lik ata­mın son il­lə­rin­də üçü­müz bir­lik­də ne­cə də yax­şı ya­şa­yır­dıq bu­ra­da!"

"Bü­tün gü­nü ata­nın köh­nə il­lüst­ra­si­ya­lı jur­nal­la­rı­na ba­xar­dın, Məb­ru­rəm mə­nim".

"A­şa­ğı­da­kı bö­yük so­ba­nı yan­dı­ra­ram, ev iki gün­də ipis­ti olar".

Nə­nəm :

"Sə­nə onun­la ev­lən­mə de­miş­dim" de­di.

A­nam:

"Bir qa­dın­la bə­ra­bər bu evin bü­tün to­zu­nu, ki­ri­ni iki gün­də tə­miz­lə­yə­rik" de­di.

"Mən bu evə o oğ­ru qa­dın­lar­dan heç bi­ri­ni qoy­ma­ram. Həm də bu evin to­zu­nu sü­pür­mək, hö­rüm­cə­yi­ni tə­miz­lə­mək al­tı ay çə­kər. O vax­ta qə­dər də ağıl­sız ərin evi­nə qa­yı­dar".

"Bu son sö­zü­nüz­dür, ana­can?"

"Məb­ru­rəm, gö­zəl qı­zım, uşaq­la­rın­la bə­ra­bər bu­ra­ya qa­yıt­san da nəy­lə ­do­la­na­ca­yıq biz iki­miz?"

"A­na­can, özəl­ləş­dir­mə­dən ön­cə Bə­bək­də­ki tor­paq sa­hə­mi­zi sa­taq de­yə də­fə­lər­lə xa­hiş et­dim, yal­var­dım sə­nə".

"Mən ida­rə­lər­də sü­rü­nüb o iy­rənc adam­la­ra im­za­mı, şək­li­mi ver­mə­rəm".

"A­na­can, be­lə ca­vab ver­mə­yə­si­niz de­yə bö­yük ba­cım­la no­ta­riu­su qa­pı­nı­za gə­tir­dik" anam sə­si­ni yük­səlt­miş­di ar­tıq.

"O mə­mur­dan heç gö­züm su iç­mə­di, heç" nə­nəm de­di. "Üzün­dən hoq­qa­baz ol­du­ğu gö­rü­nür­dü. Bəl­kə də heç mə­mur de­yil­di. Mə­nim­lə da­nı­şan­da sə­si­ni qal­dır­ma".
"Yax­şı, ana­can" anam de­di. İçə­ri, bi­zə doğ­ru səs­lən­di. "Uşaq­lar, uşaq­lar, hay­di top­la­nın, ge­di­rik".

"Da­yan, ha­ra ge­dir­si­niz" nə­nəm de­di. "Bir az laq­qır­tı vu­raq sə­nin­lə".

"Sən bi­zi is­tə­mir­sən, ana­can" de­yə, anam fı­sıl­da­dı.

Nə­nəm ci­bin­dən ki­çik bir bağ­la­ma çı­xa­rıb:

"Al bu­nu, uşaq­la­ra lo­kum ve­rər­sən" de­di.

"Gü­nor­ta ye­mə­yin­dən əv­vəl ye­mə­sin­lər" anam de­di və otaq­dan çı­xıb ar­xam­ca qar­şı­da­kı ota­ğa gir­di. "Kim at­dı bu rəsm­lə­ri? Dər­hal yı­ğış­dı­rın". Son­ra üzü­nü bö­yük qar­da­şı­ma tu­tub de­di: "Sən də".

Biz səs­siz­cə rəsm­lə­ri top­la­yır, anam isə köh­nə san­dıq­la­rı açıb içə­ri­sin­də­ki uşaq­lıq pal­tar­la­rı­na, tül­lə­rə, qu­tu­la­ra ba­xır­dı.

Pe­dal­lı ti­kiş ma­şı­nı­nın qa­ra ske­le­ti­nin al­tı­na yı­ğı­lan toz gən­zi­yi­mi yan­dı­rır, göz­lə­ri­mi su­lan­dı­rır, bur­nu­mun içi­nə do­lur­du. İşi­mi­zi bi­ti­rib əl­lə­ri­mi­zi yu­yan­da nə­nə­min yum­şaq və yal­va­rı­cı sə­si­ni eşit­dik: "Məb­ru­rəm, bu çay­dan­lı­ğı al, sən onu çox bə­yə­nir­sən, sə­nin haq­qın­dır" de­di.

"Mə­nim ana­ma da ba­ban Şam va­li­sin­dən gə­tir­miş­di. Ta Çin­dən gəl­mə­di. Al, xa­hiş edi­rəm". "Ana­can, mən sən­dən ar­tıq heç bir şey is­tə­mə­yə­cəm” anam de­di. “O­nu da qo­yun do­la­bı­nı­za, yox­sa qı­ra­caq­sı­nız. Hay­dı, uşaq­lar, nə­nə­ni­zin əli­ni opün".

"Məb­ru­rəm, gö­zəl qı­zım, bi­ça­rə ana­na hirs­lən­mə". Əli­ni öpən­də nə­nəm tit­rək səs­lə: "Noo­lar, mə­ni bur­da zi­ya­rət­siz, kim­sə­siz bu­rax­ma" de­di.

Pil­lə­kən­lə­ri tez-tez aşa­ğı dü­şüb bö­yük, də­mir qa­pı­nı üçü­müz bir­gə itə­lə­yə­rək çə­tin­lik­lə aç­dıq və ba­yır­da­kı par­laq gü­nəş işı­ğı­nı gö­rüb tər­tə­miz ha­va­nı içi­mi­zə çək­dik.
"Qa­pı­nı yax­şı or­tün" de­yə, nə­nəm pil­lə­kən­lə­rin ba­şın­dan səs­lən­di. "Məb­ru­rə, bu həf­tə ye­nə gəl, yax­şı­mı?"

A­na­mı­zın əlin­dən tu­ta­raq ya­vaş-ya­vaş tram­vay da­ya­na­ca­ğı­na doğ­ru get­dik. So­nun­cu da­ya­na­caq­da da­yan­mış tram­vay ye­rin­dən tər­pə­nə­nə qə­dər sər­ni­şin­lə­rin ös­kü­rək­lə­ri­ni su­sa­raq din­lə­dik.

Tram­vay ye­rin­dən tər­pə­nən ki­mi sü­rü­cü­nü gör­mək bə­ha­nə­si­lə ön sı­ra­ya ke­çib "Alt­mı, üst­mü" oy­na­ma­ğa baş­la­dıq. Uduz­du­ğum rəsm­lə­rin bir ne­çə­si­ni ge­ri al­dım. Bu se­vinc­lə oyun bö­yü­dü, la­kin son­ra uduz­ma­ğa baş­la­dım. Os­man­bəy da­ya­na­ca­ğın­da bö­yük qar­da­şım:

"Yer­də qa­lan bü­tün rəsm­lə­ri­nə qar­şı on beş də­nə qo­yu­ram" de­di.

­Oy­na­dım və ha­mı­sı­nı uduz­dum. On­dan xəl­vət rəsm­lər­dən iki də­nə­si­ni ayı­rıb bü­tün dəs­tə­ni bö­yük qar­da­şı­ma ver­dim. Ar­xa sı­ra­da otu­ran ana­mın ya­nı­na keç­dim. Ağ­la­mır­dım.

Anam ki­mi kə­dər­li ba­xış­lar­la pən­cə­rə­dən eşi­yə ba­xa­raq ki­çik dü­kan­la­rı, çö­rək­xa­na­la­rı, Ma­sis­li, Her­kul­lu Ro­ma film­lə­ri­nə bax­dı­ğı­mız Tan ki­no sa­lo­nu­nu, di­var kə­na­rın­da rəsm­li oxun­muş ro­man­lar sa­tan uşaq­la­rı, mə­ni qor­xu­ya sa­lan siv­ri qay­çı­lı bər­bə­ri və hə­mi­şə evi­nin qa­pı­sın­da da­ya­nan mə­həl­lə­nin ya­rı­çılp­aq də­li­si­ni tram­va­yın kə­dər­lə inil­də­yə­rək ağır-ağır keç­di­yi yol­lar­da seyr edir­dim.

Har­bi­yə da­ya­na­ca­ğın­da tram­vay­dan düş­dük. Yol­da ge­dən­də bö­yük qar­da­şı­mın hə­ya­tın­dan ol­duq­ca ra­zı gö­rü­nən və­ziy­yə­ti mə­ni də­li edir­di.

Giz­lət­di­yim Lind­berq rəs­mi­ni ci­bim­dən çı­xar­dım.

Bu rəs­mi ilk də­fə gö­rür­dü. "91 Lind­berq" de­yə hey­ran­lıq­la oxu­du. "At­lan­ti­ki ke­çən təy­ya­rə­siy­lə! Har­dan tap­dın bu­nu?".

"Mən dü­nən pey­vənd ol­ma­dım", de­dim. "Evə tez gəl­dim, içə­ri gir­mə­dən ön­cə ata­mı gör­düm. Atam al­dı mə­nə".

"On­da ya­rı­sı mə­nim­dir" de­di. "Həm də so­nun­cu oyun­da yer­də qa­lan bü­tün rəsm­lər de­miş­dik". Rəs­mi əlim­dən al­maq üçün cəhd elə­di, amma ala bil­mə­di. Bi­lə­yi­mi tut­du, bü­kür­dü ki, aya­ğı­na tə­pik at­dım. Bo­ğuş­ma­ğa baş­la­dıq.

"Da­ya­nın" qış­qır­da anam. "Da­ya­nın! Kü­çə or­ta­sın­da­sı­nız!"

Da­yan­dıq. Ya­nı­mız­dan qals­tuk­lu bir ki­şi ilə, şlya­pa­lı bir qa­dın keç­di. Kü­çə­nin or­ta­sın­da itə­ləş­di­yi­miz üçün çox utan­dım. Bö­yük qar­da­şım iki ad­dım atıb ye­rə çök­dü: "çox ağ­rı­yır" aya­ğı­nı tu­ta­raq de­di.

"Qalx" de­yə anam pı­çıl­da­dı. "Hay­di qalx. Ha­mı si­zə ba­xır".

Bö­yük qar­da­şım aya­ğa qalx­dı və film­lər­də­ki ya­ra­lı qəh­rə­man əs­gər­lər ki­mi ax­sa­ya­raq ye­ri­mə­yə baş­la­dı. Aya­ğı doğ­ru­dan da ağ­rı­yar de­yə qorx­dum, am­ma onu bu hal­da gör­mək mə­ni sa­kit­ləş­di­rir­di.

Bir az get­dik­dən son­ra "Ev­də sə­nə gös­tə­rə­rəm", - de­di. "Ana, Əli pey­vənd ol­ma­yıb".

"Ol­dum ana" de­dim.

"Kə­sin sə­si­ni­zi" anam üs­tü­mü­zə qış­qır­dı .

E­vin qar­şı­sı­na gə­lib çat­mış­dıq. Yo­lu ke­çib evi­mi­zə get­mək üçün Maç­ka­dan gə­lən tram­va­yın keç­mə­si­ni göz­lə­dik. Ar­dın­ca bir yük ma­şı­nı, zə­hər­li tüs­tü­sü­nü sa­ça-sa­ça gu­rul­tu­lu Be­şik­taş av­to­bu­su və yo­lun qar­şı tə­rə­fin­dən də sa­rı rəng­də şəx­si bir “De­so­to” ke­çib get­di.

Əmi­min pən­cə­rə­dən kü­çə­yə bax­dı­ğı­nı o vaxt gör­düm. Bi­zi gör­müş­dü: gə­lib ge­dən ma­şın­la­ra ba­xır­dı. Mən də uzun uza­dı ona bax­dım.

Yol çox­dan açıl­mış­dı. Bi­zim əli­miz­dən tu­tub ni­yə kü­çə­ni qar­şı tə­rə­fə ke­çir­mir de­yə, ana­ma tə­rəf dö­nüb ba­xan­da, səs­siz­cə ağ­la­dı­ğı­nı gör­düm.

(Türk­cə­dən Azər­bay­can di­li­nə Ar­zu Məm­məd­xan­lı çe­vi­rib)
"Azarbaycan" jurnalı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG