Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Keçmiş zabit Azərbaycana casusluqda ittiham edilir


Ermənistanda məhkəmə binası

Ermənistanda məhkəmə binası

Ermənistan ordusunun pokovnik-leytenantı bir İran vətəndaşı ilə birlikdə Azərbaycana casusluqda ittiham edilir. Sentyabrın 22-də Yerevanda məhkəmə onların işləri üzrə prosesin davam etdirilməsinə qərar verib.

İttihama görə Azərbaycanın xüsusi xidmət orqanları Qarabağ müharibəsində “Yeni Odiseya” dəstəsinin komandiri olmuş, sonradan ehtiyata buraxılmış pokovnik leytenat Gevork Ayrapetyanı əməkdaşlığa cəlb edib, ona gizli informasiyalar toplamaq tapşırılıb.

2009-cu ildə o, Azərbaycana ötürməsi üçün bir videodiski İran vətəndaşı Behnam Bağıriyə verib. Amma həmin disk Meğridə gömrükdə yoxlama zamanı Bağırinin çantasından tapılıb.

Casusluq yolu ilə vətənə xəyanət ittihamı üzrə açılan cinayət işi keçən il məhkəməyə verilib və indiyə qədər proses qapalı şəkildə aparılıb.

Amma onların heç biri ittihamı qəbul etmir, bunun saxta olduğunu deyirlər.

Vəkilləri də bildirirlər ki, indiyə qədər bu işin qapalı aparılmasına heç bir əsas olmayıb. Çünki cinayət işində dövlət sirri ola biləcək heç bir məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG