Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

DAK-ın qurultayı Almaniyada keçiriləcək


Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir neçə gün öncə təxirə salınan XI qurultayı dekabrın birinci ongünlüyündə Almaniyanın Bonn şəhərində keçiriləcək. Xəbəri AzadlıqRadiosuna açıqlayan DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki,
sentyabrın 18-19-da Frankfurtda keçiriləcək qurultay Azərbaycanda parlament seçkilərinin keçirilməsi, İranda isə əslən azərbaycanlı olan çoxsaylı şəxslərin həbsi ilə bağlı təxirə salınıb.

Əjdər Tağızadənin sözlərinə görə, son bir neçə ildə İranda əslən azərbaycanlı olan ölkə vətəndaşları hakimiyyətin ciddi basqısı ilə üzləşir:

«İranda MMilli, mədəni haqlarını tələb edən onlarla insan həbsdədir. XXI əsrdə Səkinə Aşitani daşqalaq hökmü ilə üz-üzə qalıb. Dünyanın hansı normal ölkəsində bir insanın əlinə daş verib demək olar ki, başqa bir insanı vur? Biz İran rejimindən bu günahsız insanların dərhal azad olunmasını tələb edirik».

Əjdər Tağızadə bildirib ki, İranda insan haqlarının pozulması ilə bağlı DAK davaml olaraq Avropa ölkələrinin parlament və hökumət qurumları ilə iş aparır. Onun sözlərinə görə, DAK-ın dekabrda keçirilən qurultayında bu məsələlər bir daha müzakirə olunacaq.
XS
SM
MD
LG