Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:16

Sabunçuda ağır yol-nəqliyyat hadisəsi


Sentyabrın 22-də Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə rayon polis idarəsindən məlumat verilib.

Məlumata görə, bu gün saat 16:00 radələrində rayonun keçmiş “Komsomol” dairəsində “Azəriyolservis” ASC-yə məxsus yük maşını ilə 171 saylı xətt avtobusu toqquşub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində ölən olmasa da, xəsarət alan 11 nəfər sərnişin Sabunçu rayon xəstəxanasına aparılıb.

Sabunçu rayon xəstəxanasından verilən məlumata görə, xəstəxanaya 8 yaralı gətirilib. Onlardan 56 yaşlı Mahir Əliyev qapalı kəllə beyin travması, 28 yaşlı Kənan Emilov isə ayaq nahiyəsinin geniş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Hər iki şəxs stasionar rejimdə müalicəyə alınıb.

Altı nəfər isə ambulator şəraitdə müalicə alaraq evə buraxılacaqlar.

Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar, hadisənin səbəbi dəqiqləşdirilir.
XS
SM
MD
LG