Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:49

Qadın və uşaqların müdafiəsi kampaniyasına başlanılıb


BMT-nin baş katibi Ban Ku Mun dünyada qadın və uşaqların müdafiəsi kampaniyasına başlandığını bəyan edib.

Yaxın 5 il ərzində dövlətlər, beynəlxalq təşkilatlar və şəxsi xeyriyyə fondlarının yoxsul ölkələrdə qadın və uşaqların sağlamlığının qorunmasına 40 milyard dollar vəsait ayıracaqları gözlənilir.

BMT-nin hesablamasına görə, 2015-ci ilədək 16 milyon adamın həyatını xilas etmək mümkün olacaq.

Kampaniyaya başlanması BMT-nin Nyu-Yorkda keçirilən sammitində elan edilib.

Bu gün sammitdə ABŞ prezidenti Barak Obama ilə Çinin baş naziri Ven Tsyabaonun da çıxış edəcəkləri gözlənilir.
3 günlük sammitdə 140 ölkənin lideri iştirak edir.
XS
SM
MD
LG