Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Qız Qalasının damı şəffaf örtüklə örtüləcək


Qız Qalasında son intihar hadisəsi sentyabrın 18-də baş verib

Qız Qalasında son intihar hadisəsi sentyabrın 18-də baş verib

Qız Qalasının çardaq hissəsi ziyarətçilərin üzünə bağlanıb. Qalanın mühafizə xidmətinin əməkdaşlarının “ANS TV”yə verdiyi məlumata görə, ötən həftə qalada baş verən intihar hadisəsindən sonra qalanın axırıncı mərtəbəsinə mühafizə xidməti qoyulub və ziyarətçilər yalnız tarixi abidənin içəri mərtəbələrini seyr edə bilərlər.

Hazırda isə təhlükəsizlik məqsədilə qalanın çardaq hissəsinin şəffaf örtüklə örtülməsi planlaşdırılır. Yalnız bundan sonra Qız Qalasına ziyarətə gələnlər dam hissədən şəhərin panoramasını seyr edə bilərlər.

Qız Qalasında son intihar hadisəsi sentyabrın 18-də baş verib. Özünü qalanın başından atan 25-26 yaş arası qız iki saatdan sonra vəfat edib.

Son 3-4 ildə 28 metr hündürlükdə olan qaladan özünü ataraq intihar edənlərin sayı 15-dən artıqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG