Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:01

İranda partlayış olub, ölənlər var


İranın Mahabad şəhərində hərbi parad zamanı güclü partlayış olub.

Qərbi Azərbaycan vilayətinin ostandarı Vahid Cəlalzadə partlayış zamanı azı 9 nəfərin öldüyünü, onlarla adamın yaralandığını bildirib. Ölən və yaralananların əksəriyyəti qadınlardır.

İraqın İrana hücum etdiyi gün ölkədə "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG