Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:58

“AXCP-Müsavat” bloku: “Bərabər imkanlar prinsipi pozulur”


“AXCP-Müsavat” siyasi bloku siyasi hakimiyyəti bərabər rəqabət imkanlarını əsaslı şəkildə məhdudlaşdıran və seçkilərin qanuniliyini indidən şübhə altına alan arzuolunmaz halın dərhal aradan qaldırılmasını tələb edir. Bu barədə blokun bəyanatında deyilir.

Bəyanat müəllifləri bildirir ki, Seçki Məcəlləsində və ya təlimatlarda qadağa qoyulmadığı halda, bəzi namizədlərə əlavə və kifayət qədər imza vərəqələri verilməyib. “AXCP-Müsavat” seçki blokunun namizədlərinə 2 saylı Şərur seçki dairəsində 450 imza üçün cəmi 9 imza vərəqəsi verilib. 26 saylı Sabunçu birinci, 89 saylı Göyçay-Ağdaş, 95 saylı Tərtər seçki dairələrində blok nümayəndələrinə 10 imza vərəqəsi verilib.

Bəyanat müəllifləri bu məhdudiyyətlərin məqsədli xarakter daşıdığını və müxalifət namizədlərinin qeydə alınmasında süni problemlərin yaranmasına xidmət etdiyini bəyan edirlər.

“AXCP-Müsavat” siyasi bloku bundan ciddi narahatlığını ifadə edərək bəyan edir ki, belə bir hal indiki seçkilərdə namizədlərin bərabər imkanlar prinsipinin kobud şəkildə pozulmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG