Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:47

Bakıda terror törətməyi planlaşdıran şəxs axtarılır


Bakıda terror aktları həyata keçirməyi planlaşdıran mütəşəkkil dəstənin başçısı haqqında beynəlxalq axtarış elan edilib. Bu haqda APA-ya Azərbaycanda İnterpolun Milli Bürosundan məlumat verilib.

Məlumata görə, İnterpol xətti ilə axtarışa verilən şəxs 30 yaşlı Aqil Namazovdur. O, terrorçuluqda təqsirli bilinir. Onun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayında zərərsizləşdirilib.


XS
SM
MD
LG