Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:53

Bu gün isti olacaq


Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək, cənub, cənub-qərb küləyi əsəcək. 27-30 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 23-24-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 22-25 dərəcə isti olacaq.

XS
SM
MD
LG