Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

Təmas xəttində monitorinq keçirilir


Sentyabrın 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.
XS
SM
MD
LG