Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

«Qocalar evi»ndə xoşbəxt cütlük


Bakının Bilgəh qəsəbəsində yerləşən Qocalar Evi

Bakının Bilgəh qəsəbəsində yerləşən Qocalar Evi

Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlliləri üçün pansionatında 180 sakin var. Onların hər biri ilə ayrılıqda söhbətləşə bilmədik. Həm buna vaxt imkan vermirdi, həm də kölgə kimi bizi izləyən pansionatın işçilərinin yanında onlarla rahat danışmaq olmurdu.

Birtəhər onların gözündən yayınıb, yuxarı mərtəbəyə qalxdım. Qarşıma dəhlizdə bir küncə sığınıb, fikrə dalan bir ağbirçək qadın çıxdı. O, müsahibə verməyə razılıq vermədi. Qorxur ki, oğlu radioya danışdığını eşidib ona acıqlanar. Pansionatın ikinci mərtəbəsinə qalxdıq, burada beli bükülmüş, 90 yaşlı Xədicə Cavadova adlı bir qadınla söhbətləşdik.

HAMAM ƏVƏZİNƏ QOCALAR EVİ…

“Qızım Xırdalanda olur. Nəvələrim də sürücüdür. Onları mən saxlamışam, adlarını da özüm qoymuşam. Oğlum gətirib məni bura qoydu. Mənə dedi ki, hazırlaş səni hamama aparıram, gətirdi məni bura qoydu. Üç il olar ki, burdayam. Amma həftədə 1-2 dəfə mənim
Zəhra Əliyeva
yanıma gəlir”.

Növbəti həmsöhbətim meydan hərəkatının fəalı, Əbülfəz Elçibəylə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Zəhra Əliyevadır:

KEÇMİŞ İNQİLABÇI

“20 il bundan qabaq biz ümid edirdik ki, müstəqillik olar, hər şey yaxşı olar. Ancaq çox heyf döyülməyimiz, söyülməyimiz hədər oldu. Çox heyf qabaqkı günlərimizə gün çatmaz”.

Pansionatda hər kəsin bir həyat hekayəti var. Kimisi həvəslə həyatı haqda danışır, kimisi də olub-keçənləri unutmaq üçün sadəcə susur. Pansionatın baş tibb bacısı Zərnişan Zeynalova deyir ki, buranın sakinlərinin bütün təlabatları dövlət tərəfindən tam şəkildə ödənilir. Gündə üç dəfə yemək, tibbi xidmət göstərilir:

“Bura gələnlərin əksəriyyəti övladları olmayanlar, yaxınları onlara baxmayanlardır. Görürsən ki, ailədə yola gedə bilmirlər və bura gəlirlər”.

PANSİONATIN XOŞBƏXT CÜTLÜYÜ…

Sahib Məmmədov və arvadı Ədilə Quliyeva
Ancaq pansionat sakinlərinin necə deyərlər, «firavan» həyat tərzləri üz-gözlərindən heç də hiss olunmurdu.

Bununla belə, pansionatda öz xoşbəxtliyini tapanlar da var. 74 yaşlı Ədilə Quliyeva ilə 70 yaşlı Sahib Məmmədov elə burdaca tanış olub ailə qurublar.

Bu xoşbəxt cütlüyün həyatdan zövq aldığı açıqca hiss olunurdu. Elə bil onlar «Qocalar evi»nə pənah aparmayıblar. Yenicə ailə qurmuş gənc cütlükdürlər və öz doğma evlərində gün keçirilər.

Şərhləri göstər

XS
SM
MD
LG