Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:02

İranın Cənubi Qafqaz məhəbbəti


İranın diplomatik üvertürası nədən xəbər verir?

İranın diplomatik üvertürası nədən xəbər verir?

“Foregin Polisy” saytının əməkdaşı Haley Svetland Edvards İranın Cənubi Qafqazdakı yeri və yaxın ətrafı ilə bağlı müşahidələrini və fikirlərini bölüşüb.

İranın Azərbaycan, Gürcüstan və Ermənistanda dini ideologiyaya rəhbərlik etməkdən çox praqmatik iqtisadi və geosiyasi məqsədləri var. Faktiki keçən yaydan öz güclü diplomatiyası ilə İran sübut etmək istəyir ki, Cənubi Qafqazda həlledici qüvvə ola bilər.

İRANIN “YAXŞI DAVRANIŞI”...

Hətta bəzi optimist ekspertlərin fikrincə, İranın “yaxşı davranışı” dünyanın strateji vacib hissəsində, güman ki, Vaşinqtonla dostluq münasibətlərinin düzəlməsində birinci, kövrək addımlar kimi qiymətləndirildi.

Ötən il İran Gürcüstan, Ermənistan və Azərbaycanla ikitərəfli iqtisadi əlaqələri gücləndirib, dostluq münasibətlərinin genişlənməsinə rəvac verib. Gürcüstan və Azərbaycan vətəndaşlarının İrana səyahətinə viza məhdudiyyətini aradan qaldırıb. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsiylə bağlı vasitəçilik etmək təklifini verib.

Tehran həmçinin bu yaxınlarda elan edib ki, Tbilisi ilə birgə Gürcüstanda yeni hidroenerji zavodun tikilməsində tərəfdaş ola bilərdi.

Bu yay Amerikayönümlü Gürcüstan prezidenti Mixeil Saakaşvili İranlı həmkarı Mahmud Əhmədinejadı Tbilisiyə dəvət etdi və bu, yüksək rütbəli məmurların qarşılıqlı səfərləriylə müşahidə olundu.

YEREVAN ÜÇÜN NİCAT PLANI


Serj Sarkisyan İranda, 13 aprel 2009
Ermənistana gəlincə, İranın bu ölkəyə yardımlarıyla bağlı məlumatlar yeni deyil. Tehranın iki ölkə arasında 1,2 milyard dollarlıq dəmiryolu tikilməsi təklifi iqtisadi böhranla üzləşmiş, Azərbaycanla Türkiyə tərəfindən siyasi və iqtisadi təcridə məruz qalan Yerevan üçün nicat planı kimi görünür.

İran ötən il Azərbaycandan on dəfə çox qaz almaq və gələcəkdə Bakıdan Fars körfəzinə təxminən 320 km-lik neft kəməri tikmək arzusunu dilə gətirib.

Qafqaz məhəbbətiylə nə baş verir?

Açıq praqmatizm. Digər regional qüvvələr Qafqazda iqtisadi, hərbi, diplomatik əzələ nümayişi göstərir. 2008-ci ildə qısa müharibədən sonra Rusiya Gürcüstanla gərgin münasibətdədir, ondan ayrılmış Abxaziya və Cənubi Osetiyaya nəzarət edir. Ötən ay Moskva ilə Yerevan arasında Rusiya qoşununun 2044-cü ilə kimi saxlanmasına dair razılıq əldə olunub, Türkiyə regionda nüfuzunu gücləndirmək üçün təsir imkanlarını artırır.

ABŞ Ordusunun Strateji Tədqiqat İnstitutunun eksperti Stevan Blank deyir ki, İran Cənubi Qafqazda stabilliyə töhfə verməyə və öz rolunu göstərməyə çalışır. Onun sözlərinə görə, İranın ilkin məqsədi şimal sərhəddindəki ölkələri ABŞ-la yaxınlaşmasını əngəlləməkdir.

GÜRCÜSTAN, ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA İTTİFAQ YARATMAQ ZƏRURƏTİ VAR


ABŞ-Gürcüstan hərbi təlimləri, 25 may 2009
ABŞ-la hərbi müttəfiqlik edən Əfqanıstan, İraq və Pakistanla da sərhəd olan İran üçün Cənubi Qafqazda Amerika hərbisini görmək fəlakət olar. İran hesablayır ki, bunun qabağını almaq üçün regionda Gürcüstan, Ermənistan və Azərbaycan arasında ittifaq yaratmaq zərurəti var.

İran məmurları ilə əlaqəsinə kölgə salmamaq üçün anonim danışan Gürcüstanın bir məmuru deyir ki, İran onlara təxminən belə bir mesaj ünvanlayır: “Biz dostuq, iqtisadi tərəfdaşlarıq, amma siz ABŞ bazalarını torpağınıza buraxsaz, bu, sizə yaxşı şeylər vəd etməyəcək”.

Gürcüstanla İran arasında münasibətlər 2008-ci ildə soyusa da, sonradan iki ölkə arasında tarixi və mədəni əlaqələr yada salınıb münasibətlər yumşalmağa doğru inkişaf edib. İranla Azərbaycan arasındakı münasibətlər də elə sıx deyil; iki ölkə arasında Xəzər dənizində enerji resursları və Dağlıq Qarabağ münaqişəsindən dolayı problemlər var. O cümlədən, İranın əhalisinin dörddə biri azəri etniklərdir.

ABŞ-dan yardım, investisiya, dəstək alan Cənubi Qafqaz millətləri Tehranın bu günlərdə nümayiş etdirdiyi mərhəmətli dostluq üvertürasını qəbul edib, amma ehtiyatla. Gürcüstan ötən iki ildə Qərbdən 4.5 milyardlıq vəsait alıb və Vaşinqtonla körpüləri yandırmaq istəmir.

“BİZ BURDA SANKI BERMUD ÜÇBUCAĞIYIQ”

Aleksandr Rondeli
Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Bürosunun prezidenti Aleksandr Rondeli deyir ki, biz burda sanki Bermud üçbucağıyıq. Gürcüstana ABŞ-ın dəstəyi gərəkdir, amma həm də qonşuları ilə dostyana münasibətlərə ehtiyacı var: “Onlar başa düşürlər ki, biz kiçik ölkəyik, bizim həm İran, həm Türkiyə, həm də İsrail sərmayəmiz var. Biz heç kəsi uzaqlaşdıra bilmərik”.

Hər şeydən əvvəl İranın diplomatik üvertürası bir məsələ barəsindədir: enerji. Dünyanın qaz təchizatının 18 faizini İran təmin edir. O, artıq qazötürücülüyünü artırmağı təklif edib.

TEHRANIN AMBİSİYALARI REALLAŞMAYA BİLƏR


Amma bütün bu İran diplomatiyasının real iqtisadi və geosiyasi dividentləri daha çox nəzəridir.

Reallıqda bunun baş verəcəyi bu tezliklə gözlənmir. İran üzrə ekspertlər ehtiyatlanırlar ki, Tehranın ambisiyaları reallaşmaya bilər. Çünki İran regional enerji layihələrindən kənardadır. Nə Moskva, nə də Vaşinqton İrana öz qazını Qərbə çıxarmağa iman verəcək. Böyük danışıqlara baxmayaraq, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələr hələ də kiçikdir. Məsələn, 2008-ci ildə Gürcüstan idxalının 1 faizi İranın payına düşür.

Hətta əgər İranın yolu Cənubi Qafqazdan keçsə belə, bu, İslam Respublikası üçün uzunmüddətli strategiya kimi hesablanmayıb. Regional ticarət əlaqələrinin inkişafı isə beynəlxalq sanksiyaların təsirini azaldacağına işarə etmir.

Əgər Tehranın əzəmətli strategiyası varsa, görünür, bu, nüvə silahına sahib olmağa yönəlib.

/Tərcümə etdi: Səadət Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG