Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:30

AŞ PA jurnalistin itkin düşməsi hadisəsini təcili araşdırmağa çağırır


Ukraynada səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu sentyabrın 21-də hakimiyyəti ölkədə media azadlığının qorunmasını gücləndirməyə və jurnalistin itkin düşməsi hadisəsinin təcili araşdırılmasına çağırıb.

"Noviy Stil" qəzetinin baş redaktoru Vasıl Klımentıev avqust ayından bəri itkin düşüb. Onun qətlə yetirildiyi guman edilsə də hələlik cəsədi də tapılmayıb.

Müavinin bildirdiyinə görə bir korrupsiya hadisəsi barədə məlumatları çap etməmək üçün ona pul təklif edilibmiş, amma o, pulu rədd edəndən sonra ona hədələr edilib.

Avropa Birliyi və ABŞ da Ukrayna hakimiyyətindən bu hadisəni doğru-dürüst araşdırmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG