Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:46

Holokostu danan alim Polşaya gedir



Yəhudilərə qarşı soyqırım törədildiyini – Holokostu inkar etmək üstündə bir müddət həbsdə yatmış britaniyalı tarixçi alim David İrvinq Polşada faşist Almaniyasının düşərgələrinə baş çəkir. Sentyabrın 21-də Polşaya gedən tarixçi doqquz gün ərzində İkinci Dünya müharibəsi zamanı faşistlərin yəhudi qırğınları üçün istifadə etdikləri ölüm düşərgələrinə baş çəkəcək. Düşərgələri ona xüsusi bələdçilər izah edəcək.
İrvinq bugünlər Britaniyanın “Daily Mail” qəzetinə bildirib ki, təyyarə bileti istisna olmaqla bu səfərin 2650 dollar məbləğində xərcini sonradan onu aldığı adamlara geri qaytaracaq.
David İrvinq Holokostu dandığı üçün 2006-cı ildə Avstriyada həbs edilmişdi. Polşa və Britaniyanın rasizm əleyhinə qrupları öz hökumətlərini onun xüsusilə Treblinkaya səfərinin qadağan edilməsinə çağırıblar. Faşistlər burada bu düşərgədə əksəriyyəti yəhudilər olan 800 000 adam qətlə yetirilib.
XS
SM
MD
LG